Accessibility links

Bakıda Azərbaycan-Rusiya regionlararası forumu işinə başlayıb


Azərbaycan-Rusiya biznes forumu
Azərbaycan-Rusiya biznes forumu

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində VII Rusiya-Azərbaycan regionlararası forum açılıb.

Tədbirdə iki ölkənin mərkəzi və regional hakimiyyətlərinin nümayəndələri, həmçinin deputatlar, biznesin müxtəlif sahələrinin təmsilçiləri iştirak edir.

Forum çərçivəsində plenar iclaslar, kənd təsərrüfatı, turizm, humanitar məsələlərə dair “dəyirmi masa”lar keçiriləcək.

Forumda Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin müraciəti oxunub.

“Forum bizim tarixin ümumi səhifələrində yer alan etimad və qarşılıqlı anlaşma ənənələrini inkişaf etdirir, inteqrasiya proseslərinin və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Burada müzakirə edilən məsələlərin sırasına iqtisadi və maliyyə əməkdaşlığının, elm, təhsil və mədəni sahələrdə əlaqələrin genişləndirilməsi daxildir. Azərbaycan-Rusiya Forumu strateji münasibətlərin inkişafına töhfə verəcək”, Vladimir Putinin müraciətində deyilir.

Prezident İlham Əliyev bildirir ki, forum hər iki ölkə üçün maraq kəsb edən sahələri əhatə edir və əlaqələrin dərinləşdirilməsinə təkan verir.

"Hər iki ölkə güclü iqtisadi potensiala və birgə iş təcrübəsinə malikdir. Dünyadakı qlobal durğunluğa baxmayaraq, forumun konstruktiv müzakirələrə şərait yaradacağına, ölkələrimizə töhfə verəcəyinə ümid edirəm", İ.Əliyevin müraciətində deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG