Accessibility links

Fevral ayı afrikalı-amerikalıların tarixi ayıdır VİDEO


Fevral ayı Birləşmiş Ştatlarda afrikalı-amerikalıların tarixi ayıdır ki, bu vaxt ərzində qaradərililərin Amerika tarixindəki rolu dəyərləndirilir. Vaşinqton şəhərinin yaxınlığındakı, hərbçilərin dəfn edildiyi Arlinqton Milli Qəbristanlığı vaxtilə qul icmasının toplandığı yer olub.

Kreyq Sayfaks ulu babası Çarls Sayfaksı və onun qucağındakı babasının şəklini göstərir. Arlinqtondakı qul evini bərpa etmək Kreyq Sayfaks üçün çox vacibdir. O, burada ailəsinin tarixini yaşadır. Sayfaksların hekayəsi insanı ruhlandırır. Bu, həm də göstərir ki, nə qədər aşağıdan başlasan da ağlagəlməz yüksəkliklərə qalxa bilərsən”.

Kreyq köklərinin axtarışına 15 il sərf edib. Nəhayət o, ulu babasının ailəsinin Arliqtonda qul olduğunu və Çarls Sayfaksın Birləşmiş Ştatların ilk prezidenti Corc Vaşinqtonun ən etibarlı qulu olduğunu öyrənib. Çarls Corc Vaşinqtonun Mount Vernondakı evində yaşayıb. Sonradan isə prezidentin övladlığa götürdüyü nəvəsi və 57 qul ilə birlikdə Arlinqton Evinə köçüb. “Hər dəfə Sayfakslar haqda tədqiqat aparanda daha maraqlı əhvalatlara rast gəlirəm və bu da məni axtarışları davam etməyimə marağımı artırır” - deyə, o bildirir.

1863-cü ildə azad olmuş minlərlə qul Vaşinqtona gəldi və hökumət onların məskunlaşması üçün Arlinqtonda yer ayırdı. Mətyu Penrod Mill Qoruq Xidmətinin əməkdaşıdır. O, azad edilmiş on milərlə qulun Azadlar Kəndi adlanan yerdə 100-ə qədər taxtadan inşa edilmiş evdə 40 il yaşadığını deyir. “Orada insanlar iş tapa bilirdilər. Əslində qadınlar və kişilər yaxşı maaşlı hərbi işdə də çalışa bilərdilər. Bura insanlar üçün qul olmaqdan azad insanlığa keçid üçün nəzərdə tutulmuşdu.

Kreyq Sayfaks ulu babası Çarlzın Azadlar Kəndinin lideri olduğunu deyir. “Sayfakslar oxuyub, yazmağı bacarırdılar. Onlar ətrafdakılara da təmənnasız oxuyub yazmağı öyrədirdilər. Çünki biz bilirik, Amerikada uğurun yolu bu idi.”

Arlinqton qəbristanlığı yaxınlığında yeni tarixi muzeydə işləyən Sayfaks ailəsinin tarixi haqda sənərli film üzərində işləyir. Talmac Villiams Arlintondakı “Qara İrs” muzeyində işləyir. “Tarixin öyrətdiyi kimi, tarix təkrar oluna bilməz. Biz tarixin təkrar olunmasını istəmirik, biz bir də qul olmaq istəmirik”.

Keçmiş qullardan bəziləri Arliqton qəbristanlığında dəfn edilib. Onlar da burada hərbçilərlə bərabər tarixin bir parçasıdırlar.
XS
SM
MD
LG