Accessibility links

Amerikada Şükran bayramı həm də bayram alış-verişi deməkdir. Şükran gününün səhəri “Qara Cümə” adlanır. Bu, pərakəndə satış şirkətlərinin nəhayət alqı-satqının az olduğu “qırmızı” günlərdən fərqli olaraq “qara cümə“ günü böyük gəlir əldə etməsi deməkdir. Bayram alış-veriş mövsümündə şirkətlər maksimum gəlir əldə etməyə çalışır.

“Qara Cümə” günü böyük endirimlər təklif edən mağazalar qapılarını evlərdə bayram süfrələrindən əvvəl açır. Bəzi mağazalar yaxşı gəlir əldə etmək üçün bir neçə gün münasib qiymətlər təklif edir. İnsanlar endirim təklif edən mağazaların qarşısında bəzən saatlarla növbədə dayanır.

Şükran bayramından sonrakı həftə sonu milyonlarla amerikalının bayram alış-verişinə çıxacağı gözlənilir.

XS
SM
MD
LG