Accessibility links

Bayramlar Birləşmiş Ştatlarda həm də alver mövsümüdür. Bu gün, amerikalıların "Black Friday" adlandırdıqları gündə Amerika boyu demək olar ki, hamı bazarlığa çıxır.

Black Friday Şükran bayramından bir gün sonra olur ki, bu gün ilin ən böyük ticarət günü hesab olunur. Bu gün bütün mağazalarda elektron mallar və yeni oyuncaqlar da daxil edilməklə, bir çox bahalı mallara endirimlər edilir. "Black Friday" - "Qara Çümə" adı isə vaxtilə mallara edilən endirimlərin, yəni itki mənasında qara mürəkkəblə yazılması ilə bağlıdır. Keçmişdə gəlirlər adətən qırmızı mürəkkəblə yazılardı.

Bu ilki bayram mövsümündə ticarətdən əldə edilən gəlirin keçən illə müqayisədə bir az çox olacağı gözlənilir.

İstehlakçı xərcləmələri ABŞ iqtisadiyyatının 70 faizini təşkil edir. Bəzi pərakəndə satış mərkəzləri satışlarının dörddə birinin məhz Şükran-Milad mövsümlərində həyata keçdiyini bildirir.
XS
SM
MD
LG