Accessibility links


Yeni sorğu 247 milyon istehlakçının Şükran bayramı ərəfəsində mağazalar və internet vasitəsilə alış-veriş etdiyini göstərib.

Bayram alış-veriş mövsümünün qeyri-rəsmi açılışı kimi tananan “Black Friday” günü mağazalar nəhayət qırmızı xətti aşıb gəlir əldə etməyə başlayaraq gözləntiləri doğruldub.

Milli Pərakəndə Satış Federasiyasının göstəricilərinə görə bayram-mövsümü istehlakçılar təxminən adambaşına 423 dollar xərcləyib. Beləliklə dörd gün davam edən həftə sonu bazarlığı 60 milyard dollar təşkil edib. Bu ötən il eyni vaxtla müqayisədə 13 faiz çoxdur.

Pərakəndə satışlar üzrə təhlilçi Marşal Kohen bunu yaxşı başlanğıc adlandırıb.

Marşal Kohen: “Black Friday günü alış-verişin yaxşı və ya pis olması pərakəndə mağazaların bütün il ərzində necə işlədiyinin göstəricisi deyil. Amma bu il alıcıların sayının əvvəlki illə müqayisəd çox olması müsbət haldır.”

Xərclər ABŞ iqtisadiyyatı üçün olduqca vacibdir. Bu xərclər ölkədə iqtisadi fəalliyyətin 70 faizini təşkil edir.



Lakin bazar ertəsi Ağ Ev xəbərdarlıq edib ki, ilin sonunadək Konqres budcə məsələlərinə dair razılığa gəlməsə, bu istehlakçı xərclərinə olduqca mənfi təsir göstərə bilər.

Nyu-York Fond Birjasında başlıca göstəricilər kəskin enib. Common Sense for Taxpayers qrupunun təhlilçisi Rayn Aleksander:

“Bazarlar irəli aparacaq yolun olmamasından ehtiyat edir. İqtisadiyyat hələ davamsız durumdadır, ona görə ki, biz hələ də bərpa prosesindəyik. Prezident, spiker və bütün Konqres böhrandan çıxmaq üçün çətin seçimlər etməlidir.”

Konqresin iki partiyanın təmsil olunduğu Büdcə Ofisi bildirir ki, tərəflər arasında razılıq olmadan maliyyə uçurumundan qurtulmaq üçün təklif edilən ilin sonu vergi artımı və xərclərin azaldılması birlikdə ABŞ iqtisadiyyatını daha da dərin böhrana qərq edə bilər.

Büdcə mütəxəssisləri və sabiq respublikaçı konqresmen Bill Frenzel vaxtın az qaldığını deyir.

“Prezident və senat çox şey edə bilməyəcək. Nümayəndələr Palatası isə daha çox işlər görə bilər. Mən inanıram ki, nəticələrin çox pis ola biləcəyini başa düşərək onlar bir qərara gələcək.”

Ağ Ev bildirib ki, Konqresin büdcəyə dair razılığa gəlməməsi gələn il istehlakçı xərclərinin təxminən 200 milyard dollar, iqtisadi inkişafın isə 1.5 faiz azalmasına səbəb ola bilər.
XS
SM
MD
LG