Accessibility links

Blackberry şirkəti 4.7 milyard dollara satıldı


Kanadanın smartfon istehsalçısı Blackberry özünün ən böyük səhmdarı tərəfindən 4.7 miyard dollara alınmasına razı olub.

Şirkət açıqladığı bəyənatda Kanadada yerləşən holdinq şirkəti ilə razılığa dair sənəd imzaladığını bildirib.

Keçən cümə günü şirkət bir rüb ərzində bir milyard dollar məbləğində itkiiləri olduğunu elan edərək, işçilərin sayının 40 faiz ixtisar edəcəyini planlaşdırdığını bildirib.

Blackberry smartfonu 10 il əvvəl ixtira edilib.

Bu il yanvar ayında həssas ekranlı telefonlar istehsal etməsinə baxmayaraq, Blackberry davamlı olaraq bazarda Apple şirkətinin iPhone və Google şirkətinin Android sistemi ilə işləyən digər mobil telefonlarla rəqabətə davam gətirə bilməyib.
XS
SM
MD
LG