Accessibility links

Robert Bleyk:ABŞ Mərkəzi Asiya regionunda uzunmüddətli strategiyaya malikdir

  • Amerikanın səsi

Robert Bleyk:ABŞ Mərkəzi Asiya regionunda uzunmüddətli strategiyaya malikdir

Robert Bleyk:ABŞ Mərkəzi Asiya regionunda uzunmüddətli strategiyaya malikdir

ABŞ Dövltə katibinin Mərkəzi və Cənubi Asiya məsələləri üzrə yardımçısı Amerikanın səsinə müsahibə verib

ABŞ Dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə yardımçısı Robert Bleyk Birləşmiş Ştatların regionda uzunmüddətli strategiyaya malik olduğunu deyib. Cənab Bleyk Amerikanın səsinin Özbək xidmətinə müsahibə verib.

Keçən il iyun ayında Qırğızıstanda baş verən hadisələrdən sonrakı durumu şərh edən Robert Bleyk Qırğızıstanda böyük dəyişikliklərin baş verdiyini qeyd edib.

“Keçən ilin iyun ayından sonra ölkədə böyük dəyişikliklər baş verib. O zaman ölkənin parçalana bilməsilə bağlı narahatlıqlar var idi. İndi isə orada Mərkəzi Asiyada ilk demokratik seçilmiş parlament var. Hadisələrlə bağlı təhqiqat aparılıb və təhqiqatın nəticələri açıqlanıb. Prezident Otunbayeva keçən həftə hadisələrin ildönümü ilə əlaqədar Oşa gedib və orada deyib ki, hələ çox iş görülməlidir. Fikrimcə, bu, çox mühüm ilk addımdır.”

Birləşmiş Ştatlar hökuməti Mərkəzi Asiyasının hər bir dövləti ilə ikitərəfli məsləhətləşmələr aparır. Robert Bleyk iki il bundan əvvəl başlamış bu təşəbbüs çərçivəsində hər bir ölkədə əldə olunmuş nəticələrdən danışıb.

“Ən mühümü odur ki, bu ölkələrin hər biri ilə etibarın qurulmasına nail olmuşuq və qarşılıqlı münasibətləri genişləndirə bilmişik. Bu isə münasibətlərimizə böyük fayda verib. Bunların ən əhəmiyyətli olanlarından biri bu ölkələrin Əfqanıstanda beynəlxalq səylərə dəstəyi artırmasıdır. Bununla yanaşı, insan hüquqları kimi həssas məsələlər ətrafında daha səmimi və açıq dialoq apara bilirik.”

Robert Bleyk deyib ki, Mərkəzi Asiya ABŞ-ın bütövlükdə regionla bağlı strategiyasında mərkəzi yeri tutur. Onun sözlərinə görə uzunmüddətli strategiya Mərkəzi Asiyanın ümumilikdə Əfqanıstan və Cənubi Asiyanıə əhatə edən regiona inteqrasiyasını nəzərdə tutur. Onun sözlərinə görə, ABŞ Mərkəzi Asiya ölkələrinin regional enerji layəhələrində iştirakına dəstək verib yardım göstərir.

“Burada müxtəlif inkişaflardan danışmaq olar. Bizim region üçün uzunmüddətli strategiyamız var. Mərkəzi Asiya bu strategiyaya görə regionun sabitliyi və onun inteqrasiyasına nail olmaq üçün mərkəzi yer tutur.”

Rober Bleyk ABŞ hərbi qüvvələri Əfqanıstandan çıxdıqdan sonra bölgənin gələcəyi ilə bağlı sualı cavablandıraraq, Birləşmiş Ştatların regionda uzunmüddətli təəhhüdləri olduğunu deyib. Robert Bleyk bildirib ki, Mərkəzi Asiya regionunun Birləşmiş Ştatlar üçün strateji əhəmiyyəti artır. Onun bildirdiyinə görə, ABŞ bu ölkələrlə təhlükəsizlik, biznes, ticarət sahələrində əməkdaşlığı davam etdirməklə yanaşı, digər sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsini istəyir. O, Birləşmiş Ştatların bu ölkələrdə demokratiyanın inkişafı və insan hüquqlarına hörmət edilməsi məsələlərinə böyük önəm verdiyini vurğulayıb.

XS
SM
MD
LG