Accessibility links

Robert Bleyk Orta Asiya respublikalarına səfərə hazırlaşır


ABŞ əsgərlərinin gələn il Əfqanıstanı tərk etməsi ilə bağlı Amerikanın dövlət başçısı Barak Obama bir neçə ay ərzində əsgərlərin yalnız yardımçı rolu oynayacağını deyib. Prezident bildirib ki, əfqan qüvvələri artıq təhlükəsizliyin məsuliyyətini üzərlərinə götürəcək qədər qabiliyyətə malikdir.

Əsgərlərin çıxarılması Dövlət Departamentinin rəsmisi Robert Bleykin gündəliyində olacaq. Cənubi və Mərkəzi Asiya üzrə nümayəndə bu həftə Türkmənistandan başlayaraq, regiona 3 günlük səfərə çıxır. "2014-cü ildə biz hərbi mövcudluğumuzu azaltmaqla yanaşı, Əfqanıstan və bötöv regionda sabitliyin qorunmasına çalışacaq, daha çox iqtisadi əlaqələrə diqqət yetirəcəyik. Son 10 ildə biz regiona sərvət və can yatırımları etmişik. Bu, bizim qorunması olduqca mühüm olan yatırımımızdır.”

Bleyk Amerikanın hava tranziti olan Qırğızıstanda da olacaq. “Amerikanın səsi”nə müsahibəsi zamanı cənab Bleyk səfəri cərçivəsində bazanın icarəsi məsələsini gündəmə gətirəcəyini deyib.

Manasdan təqribən 10 km-lik məsafədə Rusiyanın Qırğızıstanda sahib olduğu baza yerləşir. Keçən il Rusiya bu bazanın icarəsini 15 ilədək uzadıb. Oktyabr ayında Rusiya prezidenti Vladimir Putin Əfqanıstanın şimal sərhədində yerləşən Tacikistana səfər etmişdi. Rusiya regionda 6 min əsgəri ilə bərabər 3 böyük bazaya malikdir.
E
yni zamanda Çin regionu qaz və neftlə təmin edir. 2009-cu ildə Çin prezidenti Hu Tsuntau Qazaxıstanda Orta Asiya və Çin qaz boru kəmərinin açılışında iştirak etmişdi. Robert Bleykin dediyinə görə, Çin, Rusiya və ABŞ-ın Orta Asiyada rolu böyükdür. “Əfqanıstan və Orta Asiya böyük oyunlar deyil, böyük imkanlar regionudur. Bura hər kəsin mənfəətlənəcəyi bir yerdir. Burada hamıya yer var.

Orta asiyalılar Amerikanın rolunu genişləndirməsini istəyir. Onlar ABŞ-ın sabitlik və ticarət sahəsində fəallığını artırmasını istəyir.”

Qüvvələrini regionda məhdudlaşmasına baxmayaraq, Vaşinqton Orta Asiya liderlərini regionda daimi mövcudluğuna əmin etmək istəyir.
XS
SM
MD
LG