Accessibility links

Dindar bloger Rəşad Həqiqət Agaaddin narkotik ittihamı ilə saxlanıb


Dindar bloger Rəşad Həqiqət Agaaddin mayın 10-da narkotik ittihamı ilə tutulub. Bu barədə ailə üzvləri bildirib.

Ailə üzvlərinin sözlərinə görə, Rəşad Həqiqət Ağaaddini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Turana Rəşad Həqiqət Ağaaddinin saxlanması ilə bağlı məlumat verməkdən imtina ediblər. “Bizdə kiminsə saxlanması ilə bağlı hər hansı məlumat yoxdur”.

Rəşad Həqiqət Ağaaddinin Facebook səhifəsi (Rashad Heqiqet Ağaaddin) dini mövzularla daha çox zəngindir. O məqalələrində və statuslarında başlıca olaraq azadlıq və ədalət mövzuları əks olunub.
Ağaaddin hazırki hakimiyyəti də tənqid və məzəmmət edir. Onun statusundakı bəzi tənqid və məzmmətlər belədir:

- “İham bozkürd kennesin rekordlar kitabin tezelemek niyetindedi! Deyir ki, ən azı on defe dalbadal prizdint olacam!!!”

- “Məndə sığar bütün müsəlmanlar!
Amma mən bu əliyev rejiminə sığmazam ki, sığmazam!”

- “Bəzən mənə elə gəlir ki, şeytan əliyev rejimi hələ uzun illər bu xalqa zülm edəcək!
Nizami Rəmzinin bu misraları yadıma düşdü:

"Hardasan ey bizim XİLASKARIMIZ?!
Sənsiz yaman oldu bizım halımız?!"

- “Möhtərəm dostumuz MirMahmud AQA dəfələrlə deyib ki, "Şimali Azərbaycan demokratiyaya hamilədir!" Amma böyük sıxıntı ilə deyə bilərəm ki, əgər müxəlifət bu il seçkilərdə uduzsa ilham əliyev Şimali Azərbaycanınımızı zorla abort etdirəcək! Elə bir abort ki, bir də heç vaxt Azərbaycan heç bir dəyərli bir ideyaya hamilə qalmayacaq!”.
XS
SM
MD
LG