Accessibility links

Ən bahalı filmlər [Video]


Ən bahalı filmlər
please wait
Embed

No media source currently available

0:00 0:03:25 0:00

Hər yay mövsümündə Hollivud kinoteatr ekranlarına nəhəng büdcəli, məşhur aktyorlu, xüsusi effektli filmlər çıxarır. “Blokbaster” kimi tanınan bu filmlər multipleks və lüks kinoteatrlara çox sayda insan cəlb edir.

Birinci 40 il əvvəl, rejissor Stiven Spilberqin “Jaws”-“Cənə” filmi idi. Bu, köpəkbalığının hücumlarından bəhs edən qorxulu film yay fəslində böyük müvəffəqiyyət qazandı. Dünya boyu filmin nümayişindən əldə edilən məbləğ yarım milyard dolları ötdü. Bu film o zaman ən gəlirli film sayılırdı. Həyəcanlı filmlərin çəkilişi bu gün də davam edir.

“Qisas” və ya “San-Andreas” filmlərinə ölkə daxilində və xaricində satılan biletlərdən əldə edilən ümumi gəliri bu meqa filmlərin çəkilişinə xərclənən milyonlarla dolları kölgədə qoyur. Bu, İMAX və 3D filmləri Hollivud studiyalarının və multipleks teatrlarında istehsal edilən filmlər seriyasındandır.

“San-Andreas” filmində dünyanı lərzəyə gətirən zəlzələdən bəhs edilir. Filmin qəhrəmanı Dveyn “Rok” Conson qızını xilas etməyə çalışan pilot rolunu canlandırır. Filmin 3D effektləri ortabab ssenarinin çatışmazlıqlarını örtür. “San-Andreas” filmi ekranlara çıxdığı ilk həftəsonu 50 milyondan çox, super-ulduz Marvelin 250 milyon dollar başa gələn “Qisas” filmi isə dünya boyu bir milyard dollardan çox gəlir gətirib.

Robet Dauni, Skarlet Cohanson və Kris Hemsvorz kimi ulduzların çəkildiyi fəlakət filmləri auditoriyanı özünə cəlb edə bilir. Daha yaşlı nəsil üçün Hollivud köhnə vaxtlara toxunan mövzulara yatırım qoyur. Rejissor Spilberqin “Curassik Park” filmi 14 ildən sonra daha dəhşətli T-Rex obrazı ilə “Curassik Dünyası” adı altında geri qayıdır. Bu film 150 milyon dollara başa gəlib.

Yaşlı ulduzlar, əsasən də kişi aktyorlar hələ də tamaşaçının gözündə super qəhrəmanlar kimi qalıb. Tom Kruiz “İmkansız Missiya ” filminin yeni variantında beynəlxalq aləmi vecinə almayan dövlətlə çarpışır. Amma bir dəqiqə…

Yeni “Terminator Cenisi” filmində bu yaxınlarda 70 yaşı tamam olacaq və çəkisinə fikir verən qocaman aktyor Arnold Şvartsneger hələ də tamaşaçıları riqqətə gətirə bilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG