Accessibility links

Bloger Emin Milli azadlığa buraxılıb


Bloger Emin Milli azadlığa buraxılıb
Bloger Emin Milli azadlığa buraxılıb

Emin Milli 17 ay həbsdə saxlanıb və cəzasının qalan 13 ayını şərti olaraq çəkəcək

Bu gün Salyan Rayon Məhkəməsi həbsdə olan bloger Emin Millinin cəzasının yarısını çəkməsi ilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılması barədə qərar qəbul edib.

O cəzasının yarısını çəkdiyi üçün vaxtından əvvəl həbsdən azad edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdi.

Vəkil Elton Quliyev “Amerikanın səsi” radiosuna bildirib ki, Emin Milli 17 ay həbsdə saxlanıb və cəzasının qalan 13 ayını şərti olaraq çəkəcək.

Bir gün öncə digər bloger Adnan Hacızadə məhkəmə qərarı ilə azadlığa buraxılıb. O da cəzasının qalan hissəsini şərti çəkəcək.

Blogerlər Emin Milli və Adnan Hacızadə 2009-cu il iyulun 8-də həbs olunub. Hər iki bloger Bakıda bir kafedəki insidentlə bağlı xuliqanlıq və bədən xəsarətləri yetirmək ittihamları ilə müvafiq olaraq 2,5 və 2 il müddətinə azadlıqdan məhrum olunub.
Yerli və beynəlxalq demokratik ictimaiyyət blogerləri fərqli siyasi düşüncələrinə görə həbs olunduğunu bildirib. Blogerlər onlara qarşı irəli sürülən ittihamları sifarişli adlandırıb. Onlar həbslərindən bir qədər öncə sosial şəbəkələrdə hökumətin fəaliyyətini tənqid edən satirik videofilm yerləşdirmişdi.

Amerika prezidenti Barak Obama da daxil olmaqla demokratik dünyanın ictimai-siyasi xadimləri, beynəlxalq və yerli hüquq müdafiə təşkilatları Azərbaycan hökuməti qarşısında blogerlərin həbsdən azad edilməsi məsələsini qaldırmışdı.

XS
SM
MD
LG