Accessibility links

Bloggerlərin ailələri Barak Obamaya müraciət etdilər


Bloggerlərin ailələri Barak Obamaya müraciət etdilər
Bloggerlərin ailələri Barak Obamaya müraciət etdilər

Həbsdə olan iki müxalifətçi İnternet fəalının qohumları ABŞ prezidenti Barak Obamaya gənclərin azad olunmasına yardım etmək üçün müraciət ediblər. Adnan Hacızadə və Emin Millinin ailə üzvləri cənab Obamaya açıq məktub üvanlayaraq ondan cümə günü BMT Baş Assambleyasının toplantısı zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə bu məsələni qaldırmağı xahiş ediblər. Ötən il kafedə əlbəyaxa qarşıdurmadan sonra Hacızadə 24 ay, Milli isə 36 ay azadlıqdan məhrum ediliblər. Bloggerlər özlərini hücumçulardan qoruduqlarını bildiriblər. Həmin insidentdən bir neçə gün öncə Hacızadə Azərbaycanda sosial haqların durumunu nümayiş etdirmək üçün eşşək kostyumunda mətbuat konfransı keçirmişdi.

XS
SM
MD
LG