Accessibility links

Dünyada amerikalılar kimi ikinci vətənpərvər millətə rast gəlmək çətindir. Az qala hər evin pəncərəsindən asılan bayraq amerikalıların öz dövlətləri ilə duyduğu qürur hissinə şəhadət verir. Bir çox başqalarından fərqli olaraq amerikalıların vətənpərvərliyi etnik-millətçi hisslərə əsaslanmır. Hərənin bir yerdən gəlib özünə yuva qurduqları Amerika mühacirlər vətənidir.

Milli-mədəni fərqlərə baxmayarq amerikalıları millət kimi sıx birləşdirən bir ideya var – Azadlıq ideyası. İstər Afrika mənşəli olsun, istər ispandilli, istər Demokrat olsun, istərsə də Respublikaçı, hər bir amerikalı dərk edir o, yaşadığı ölkədə toxunulmaz hüquqlara malikdir. Bu hüquqlardan ən başlıcası səs vermək, öz hökumətini seçmək hüququdur. Mövcud hüquqları qorumaq üçün əsrlər boyu yüz minlərlə amerikalı həyatından keçib. Həm də təkcə öz azadlıqları uğrunda yox. Bu gün milyonlarla avropalının, yaponun, cənubi koreyalının və başqalarının azad cəmiyyətdə yaşaması Amerika əsgərinin qanı bahasına başa gəlib. Müasir tarixin ən qaranlıq məqamlarında Amerika azadlıq mayakı kimi işıq saçmaqda davam edib və əksər amerikalılar bu faktın fərqindədirlər.

4 iyul ərəfəsində maşında gedərkən radioda tez-tez amerikalıların çox sevdiyi və vətənpərvərlik himninə çevrilmiş “God Bless the USA” mahnısını dinləmək olar. Lee Greenwood-un ifa etdiyi bu mahnı ilk dəfə 1984-cü ildə səsləndirilmişdi. Amma Amerikanın Birinci Körfəz Müharibəsinə daxil olması ilə mahnı populyarlarşdı. Ağrılı Vyetnam sindromunu arxada qoyan Amerikanın o vaxtdan bəri ilk dəfə olaraq qəddar tirana qarşı müharibəyə daxil olması və düşməni üç günün içərisində məğlub etməsi amerikalılarda vətənlərinə inam hissini gücləndirmişdi. Prezident George Herbert Walker Bush Greenwood-un məşhur mahnısını bombardmançı pilotun təyyarədən düşərək iki əli ilə göstərdiyi qələbə işarəsi ilə əlaqələndirirdi. Amma təbii ki, vətəni ilə fəxr edən hər bir amerikalı üçün bu mahnının öz mənası var.


Əgər sabah uğrunda işlədiyim hər şey məhv olub getsə

Yenidən uşaqlarım və həyat yoldaşımla sıfırdan başlasam

Yenə də burada yaşadığıma görə ulduzlarıma şükranlıq edərdim

Çünki bu bayraq azadlıq rəmzidir

Və heç kəs onu məndən ala bilməz

Amerikalı olmağımla fəxr edirəm

Ən azı bilirəm ki, burada azadam.

Bu hüquq uğrunda canlarını vermiş adamları unutmaram

Şadlıqla sənlə çiyin-çiyinə dayanıb onu müdafiə edərəm

Çünki şübhəsiz mən bu torpağı sevirəm.

Allah Amerikanı hifz etsin!

XS
SM
MD
LG