Accessibility links

Bloq: Torontoda Azərbaycanın Cümhuriyyət günü [Fotogalereya]



Azərbaycan Demokratik Respublikasının 95 illiyi münasibətilə münasibətilə Kanadanın Toronto şəhər bələdiyyəsinin qarşısında Azərbaycan bayrağının ucaldılması mərasimi keçirilib. Tədbir Kanadada fəaliyyət göstərən Kanada Azərbaycan Gənclər Şəbəkəsi və Toronto universitetinin Azərbaycanlı Gənclər Assosiasiyasının təşəbbüsü ilə təşkil edilib.

Kanada Azərbaycan Gənclər Şəbəkəsinin prezidenti İsgəndər Qədirzadə toplaşanlara Azərbaycan Demokratik Respublikası haqda məlumat verib. Tədbirdə Kanadanın Araşdırma və İnnovasiya naziri, əslən İran azərbaycanlısı olan Reza Moridi, Kanada parlamentinin üzvləri, Azərbaycan və türk icmalarının üzvləri iştirak ediblər.

Azərbaycan Demokratik Respublikasının 95 illiyi münasibətilə münasibətilə Kanada parlamentinin üzvləri Barri Devolin, Kostas Meneqakis və Kanadanın Ontario vilayətinin baş naziri Katlin Vinne təbrik mesajları göndəriblər.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG