Accessibility links

Vudi Allen "Blue Jasmine" filmində müflisləşmiş qadının həyatından bəhs edir [Video]


Vudi Allen yeni "Blue Jasmine" - “Mavi Jasmin” filmində bir qadından danışır. 2008-ci ildə iqtisatiyyatdakı tənəzzülün Wall Street-ə də təsir edib.

Nyu-Yorkun kübar cəmiyyətindən olan Jasminin həyat yoldaşı Hal investisiya fırıldaqçılığı ittihamı ilə həbs edilir. Jasmin San-Fransiskoda satıcı işləyən bacısı Cincerə üz tutur. İşsiz və pulsuz qalan Jasmin içkiyə qurşanır. O, keçmiş xatirələrlə yaşayır və təkəbbürlüdür.

Əsərə əsasən Jasmin milyardlarla dollar investisiya fırıldaqlarına görə 150 il həbs cəzasına məhkum edilən Berni Madofun həyat yoldaşı Ruz Madofdur.

Vudi Alleniun digər filmlərindəki bədbəxt qadın obrazlarından fərqli olaraq, Jasminə münasibət daha bağışlanmazdır. Blanş Dyubua daim qaynı ilə mübahisədədir, necə ki, bu filmdə Jasmin bacısının fəhlə sevgilisi ilə yola getmir.

Vudi Allanın filmində eləcə də, var-dövlət və qüdrətlə əhatə olunmuş insanların mənasız həyatlarından söz açılır. Pulunu itirdikdən sonra içərisi boş, yalnız üz qabığından ibarət Jasmini məşhur aktrisa Keyt Blanşet oynayır.

Bu dramatik filmin ifaçıları Wall Street-dəki tənəzzül zamanı insanların düşdüyü vəziyyəti məharətlə göstərmişlər. “Var-dövlət həm də məsuliyyət deməkdir. Mən əksər rəfiqələrim kimi meşşan olmamışam, hərçənd ki, bahalı paltarları sevirəm. Ona görə də onlara sözüm budur, yaxşı bəxşiş verin, yaxşı xidmət görərsiniz”.
XS
SM
MD
LG