Accessibility links

Hyuston - Bluz musiqisi [VİDEO]


Hyuston Bluzu
please wait
Embed

No media source currently available

0:00 0:03:22 0:00
Amerikanın doğma musiqi janrı kimi tanınan Bluz 20-ci əsrin əvvəllərində, afrikalı-amerikalıların çoxluq təşkil etdiyi Memfis, Tennessi, Texas ştatlarında və Missisipi çayının deltasında dünyaya göz açıb. Hazırda isə çox sayda gənc bluzu yenidən fəth edir, Hətta onların arasında peşəkar bluz ustaları da var.

Mayti Orq kimi tanınan Coş Davidson Hyuston şəhərinin ən populyar gənc bluz ifaçısı sayılır. O, bluz janrını milli sərvət hesab edir. Mayti Orq ifaçılığı məşhur bluz ustası BB Kinq, Maddi Votersdən və Hyustonda ən məşhur bluz ustası kimi tanınan Sem Hopkinsdən öyrənib. “Mənim fikrimcə Bluz hamıya danışır. Mən bu musiqinin bütün bəşəriyyətin dilində danışdığını düşünürəm.”

Hyustonda digər populyar Bluz ifaçısı Annika Çamber bu musiqinın insan emosiyasının bəhrəsi olduğunu deyir. “Bu sənətdən yüksəkdə dayanır. Bluz sənin qəlbinin dərinliklərindən gəlir”.

Annika Çambers hər çıxışında bu musiqiyə özünün bütün ruhunu verir. Annika əvvəllər Hyustonda Qospel janrında oxuyardı. Lakin Bluz janrına Kosovoda orduda xidmət edərkən baş vurub.

Baxmayaraq ki, vaxtilə Bluz yalnız qaradəırililərin musiqisi olub və o vaxtlar “irqi musiqi” kimi tanınıb, Çambers deyir ki, bu stereotipin nə qədər dəyişdiyini ifaçılara və dinləyiciərə baxarkən görmək olar. “Musiqi universaldır, o, hamını bir araya gətirir, istər ağ olsun, istər qara. Mənim çox sayda çıxışlarım olur və mən dinləyicilərimin müxtəlif insanlar olduğunu görürəm.”

Annika musiqisində olduğu kimi libasında, saç stilində da dəyişikliklər etməyi sevir.

Onlar musiqiçilər, dinləyicilər, radio verilişləri aparıcıları və sahibkarlar daxil olmaqla, hamının Hyustonda Bluzu dəstəklədiyini deyirlər. Hər ikisi - həm Annika, həm Mayti Orq mahnılarını CD-lərə köçürürlər ki, hamı Hyuston Bluzundakı yeniliklərdən agah olsun.
XS
SM
MD
LG