Accessibility links

Bluz ifa edən qadınların sayı artır [Video]


Bluz ifa edən qadınların sayı artır
please wait

No media source currently available

0:00 0:03:32 0:00
1920-ci illərdə Bluz musiqi janrında vallar yazılmağa başlayanda, Ma Rani və Bessi Smit bluz ulduzları idi. Lakin illər sonra bluz ifaçıları arasında kişilərin sayı artdı.

Onu dinləyərkən səsinın Mississippi deltasında olduğu kimi səsləndiyini düşünürsən. Lakin müğənni Eleanora Tseyq və Ori Naftali İsraildənsilər. Onlar bluzun İsraildə də sevildiyini deyirlər. “Bluz yəhudi xalqının zövqünə uyğun gəlir.” - deyə, Eleanora bildirir.

Eleanora və onun musiqi qrupu hal-hazırda Memfisdə yaşayırlar. Onlar buraya, Cənub Folklor Mərkəzinə “Qadın Bluz İfaçıları”nın konsertində çıxış etmək üçün gəliblər. “Biz hamımız qadınıq və biz bacıyıq. Bluz isə əla musiqidir, şənlənmək deməkdir.”

Cənub Folklor Mərkəzinin direktoru Cudi Rayser: “Onlar yalnız bluzu ifa etmirlər, onlar bluzun qadınlar tərəfindən ifasını nümayiş etdirirlər. Bu gənc qadınların gənc ideyaları, gənc məqsədləri var.”

Lakin konsertin təşkilatçısı Mişel Saydman və onun köməkçisi Terri Robins qadın klublarının və festivallarının daha çox təşkilinə çalışırlar. “Biz kişilərlə müqayisədə qadınlar üçün daha çox mübahisə aparmalı oluruq. Uzun mübarizədən sonra biz istədiyimizi əldə edə bilirik.”- deyə, Mişel bildirir.

Xanım Robins qadınların bluz janrına daha çox yenilik gətirdiyini deyir. “Mənim fikrimcə onlar özləri ilə ruh, həvəs gətirirlər.”

Buna misal konsertdə iştirak etmək üçün Merelend ştatından gələn Ledi Rozu göstərmək olar. “Mən bütün ruhumu və ürəyimi qiymuşam buna. Mən oxuyarkən görürəm ki, tamaşaçılar doğrudan da buna qiymət verirlər.”

Ledi Ros deyir ki, onun üçün ən böyük mükafat oxuduğu zaman ağladıqlarını deyən tamaşaçılardır. “Sənin kimisə duyğulandırmağın həqiqətən özünü yaxşı hiss etməyə səbəb olur.”

Ledi Roz bluz janrında ifa edən istedadlı gənc qadınların daha çox olmasının vacib olduğunu deyir. O deyir ki, bununla gənc qadınlar öz hisslərini ifadə edə bilirlər.
XS
SM
MD
LG