Accessibility links

BMT ekspertləri Azərbaycanın məhkəmə-hüquq sistemində problemlər olduğunu bildirib


BMT-nin işçi qrupu

BMT-nin işçi qrupu

Mayın 16-dan 25-dək Azərbaycana səfər etmiş BMT-nin əsassız həbslər üzrə İşçi Qrupu yekun bəyanatında əlillərin, o cümlədən psixi və əqli cəhətdən əlillərin xüsusi müəssisələrdə saxlanılması ilə bağlı narahatlığını bildirib.

“Əlilliyi olan şəxslərin qapalı müəssisələrdə saxlanılması onların reinteqrasiyası imkanını azaldır, beynəlxalq standartları pozur və çox güman ki, onların ömürlük cəzalandırılması üçün yol açıldığını göstərir”, İşçi Qrupun rəhbəri Setonci Rolan Acovi (Benindən) mayın 25-də Bakıda keçirilən mətbuat konfransında bildirib.

Acovi müavini Xose Gevara (Meksika) ilə birlikdə 10 gün ərzində 25 müvəqqəti saxlama və cəzaçəkmə müəssisəsinə baş çəkib, 80-dən çox məhbusdan müsahibə götürüb, Bakıda, Gəncədə, Naxçıvanda rəsmi şəxslər, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.

"Qanunvericilikdə əksini tapmış məhkəmə nəzarəti sistemi məcburi müalicə ilə bağlı mübahisə imkanı yaratmır”, bəyanatda bildirilir.

İşçi qrup bu əlillər kateqoriyasının hüquqlarının tapdanması siyasətini aradan qaldırmağı tövsiyə edir.

İşçi Qrup qanunçuluq prinsiplərinin, ittihamlar haqqında dərhal məlumat verilməsi, vəkillə təmin etmə hüquqlarının, saxlanılmağa etiraz etmək hüququnun, işgəncələrin və pis rəftarın qadağan edilməsi prinsipinin geniş şəkildə pozulması praktikasını müşahidə edib.

İşçi Qrup yetkinlik yaşına çatmayanlara qarşı rəftardan da narahatdır.

“Əksər yetkinlik yaşına çatmayanlar hətta az ağır cinayətlərə görə həbs olunur. Pis saxlanma şəraiti onların reabilitasiyası və təhsilə qayıtması üçün problemlər yaradır.

İşçi Qrup cinayət təqibinin hüquq müdafiəçilərini, jurnalistləri və siyasi rəqibləri susdurmaq alətinə çevrildiyini vurğulayıb.

“İlqar Məmmədov, Xədicə İsmayılova və Zeynalabdin Bağırovu bu sıraya aid etmək olar. Bu gün Ali Məhkəmə Xədicə İsmayılovanı şərti azadlığa buraxıb və bu fakt tərəfimizdən tamamilə təhlil olunacaq. Amma Rəşad Ramazanov və jurnalist Nicat Əliyev kimi fəallar hələ də həbsdədir”, bəyanatda qeyd edilir.

İşçi Qrupun hüquqların məhdudlaşdırılması ilə bağlı narahatlığı fəalların vəkillərinə qarşı təzyiqlə də bağlıdır.

İşçi Qrup hökumətə ölkənin hüquq sistemində islahatlar aparmaqda dəstək göstərməyə hazırdır.

İşçi Qrupun hesabatı 2017-ci ilin sentyabrında BMT-nin İnsan Hüquqları Şurasına təqdim ediləcək.

İşçi Qrup üzvlərinin fəallar Bayram Məmmədov və Qiyas İbrahimova qarşı işgəncələri qeydə alıb-almadığı haqqında suala cavabda Acovi qeyd edib ki, onların bədənində zədə izləri görüb. Amma onların mahiyyətini bilmir.

Bu zaman Gevara qeyd edib ki, rəsmi orqanların işgəncə faktlarını araşdırması haqqında məlumatlar olmasına baxmayaraq, hələ ki, heç kim buna görə məhkəmə qarşısına çıxarılmayıb.

XS
SM
MD
LG