Accessibility links

BMT dünyada qadın və uşaqların səhhətini yaxşılaşdırmaq məqsədi ilə 40 milyard dollar ayırır

  • Amerikanın səsi

BMT rəsmiləri dövlət və özəl yardım təşkilatlarının yeni təşəbbüs üçün pul ayırmağa qərar verdiklərini bildirib

BMT dünyada milyonlarla qadın və uşağın səhhətini yaxşılaşdırmaq məqsədi ilə 40 milyard dollarlıq planını açıqlayıb. BMT-nin baş katibi Ban Ki-mun növbəti beş il ərzində 16 milyon qadın və uşağın həyatını xilas etmək üçün nəzərdə tutulan planı bu gün təşkilatın Minilliyin İnkişf məqsədləri sammitinin sonuncu günü rəsmən elan edəcək. BMT bildirir ki, qadın və uşaqların səhhəti üçün vəsaitin ayrılması yoxsulluğu azaltmaq və iqtisadi inkişafa təkan verməyə kömək edəcək. BMT rəsmiləri dövlət və özəl yardım təşkilatlarının yeni təşəbbüs üçün 40 milyard dollar ayırmağa qərar verdiklərini bildirib. Lakin Oksfam beynəlxalq yardım təşkilatı global iqtisadi böhranla mübarizə aparmaq üçün büdcələrini azaldan dövlətlərin bu növ yardım edəcəyinə tərəddüd etdiyini bildirib.

XS
SM
MD
LG