Accessibility links

BMT ABŞ-ı Əfqanıstanda podratçılara daha yaxından nəzarət etməyə çağırıb


BMT ABŞ-ı Əfqanıstanda podratçılara daha yaxından nəzarət etməyə çağırıb
BMT ABŞ-ı Əfqanıstanda podratçılara daha yaxından nəzarət etməyə çağırıb

Aleksandır Nikitin bildirib ki, ötən 10 il ərzində nizamlama səyləri effektiv tənzimləməyə gətirib çıxarmayıb

BMT komissiyası Əfqanıstanda fərdi təhlükəsizlik üzrə podratçıların daha yaxşı tənzimlənməsinə çağırıb. Muzdlulara dair BMT iş qrupu sənayelərin özünü-idarə etməsinin effektiv olmadığını bildirərək, ABŞ-ı podratçılara daha yaxından nəzarət etməyə çağırıb. Heyətin rəhbəri Aleksandır Nikitin bildirib ki, ötən 10 il ərzində nizamlama səyləri effektiv tənzimləməyə gətirib çıxarmayıb. Hal-hazırkı sistem şirkərlərə insan hüquqlarını pozmaqda şübhəli bilinən şəxsləri işə götürməyə şərait yaradır. NATO xəbər verir ki, bu gün Əfqanıstanda baş verən başqa bir hücumda iki koalisiya hərbi qulluqçusu ölkənin cənub hissəsində qətlə yetirilib. NATO hərbçilərinin milliyyətini açıqlamayaraq bildirib ki, onlardan biri militant hücumunda, o biri isə yolkənarı partlayış nəticəsində həlak olub.

XS
SM
MD
LG