Accessibility links

BMT-nin qaçqın agentliyinin verdiyi məlumata görə, bu il Aralıq dənizi vasitəsilə daha yaxşı həyat qurmaq istəyi ilə Avropaya gələn miqrantların sayı yarım milyondan artıq olub.

BMT bildirib ki, sığınacaq axtaran təxminən 515 min insan müharibə və yoxsulluq səbəbi ilə Yaxın Şərq və Afrika ölkələrini tərk edib. Onların 383 mini Yunanıstanın sahillərinə, 129 mini isə İtaliyaya yetişib. Qaçqın agentliyi bildirib ki, 3 min nəfər həddindən artıq dolu qayıqlarda Avropaya yolda ya dənizdə boğulub, ya da itkin düşüb.

Avropaya üz tutan insanların yarıdan çoxu dörd ildən artıqdır prezident Bəşad Əl-Əsədi hakimiyyətdən salmaq üçün döyüşən üsyançılar və hökumət qüvvələri arasında gedən müharibədən qaçmaq istəyən Suruya qaçqınlarıdır.

Qaçqın axını məsələsi ilə bağlı Avropa ölkələrində fikir ayrılığı mövcuddur. Avropanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsi olan Almaniya və bəzi şimali Avropa ölkələri qaçqınları qəbul etməyə hazır olduğu halda, mərkəzi Avropanın bəzi ölkələri miqrantların öz ərazilərindən keçməsi qarşısında maneə yaradır.

Rəsmi Berlin sığınacaq məqsədilə ölkə ərazisinə gəlib çatan qaçqın axınına nəzarəti gücləndirmək üçün addımlar atıb. Hökumət parlamentdən miqrantlara ödənişləri azaltmasını istəyərək, onlara pul deyil, daha çox yaşayış yeri və ərzaqla yardım göstərilməsinə çalışır.

Almanların çoxu kansler Angela Merkelin qaçqınları qəbul etmək səylərini alqışlasa da, ölkədə keçirilmişson rəy sorğuları onun iqtidarda olan mühafizəkar bloku tərəfindən tənqidlərə məruz qalması ilə yanaşı, populyarlığının da azaldığını göstərir.

XS
SM
MD
LG