Accessibility links

BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında Azərbaycandakı vəziyyət müzakirə olunub


Martın 7-də Cenevrədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının sessiyasında Azərbaycandakı vəziyyət müzakirə olunub.

Tədbirdə BMT-nin hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst, dinc toplaşmaq azadlığı hüququ məsələsi üzrə xüsusi məruzəçisi Mayna May, Azərbaycandan gənc fəal Nəcmin Kamil, hüquq müdafiəçisi Emin Hüseynov, jurnalist Xədicə İsmayılova (skayp vasitəsilə) və Azərbaycanın bu qurumdakı nümayəndəsi Vaqif Sadıqov çıxış ediblər.

M.Forst deyib ki, ötən ilin sentyabrında Azərbaycanda olub və fundamental azadlıqların vəziyyətinin pisləşdiyinin, ölkənin avtoritarizmə doğru sürükləndiyinin şahidi olub. O, özü fikirləri ilə əlaqədar hökumətin hücumlarına məruz qaldığını qeyd edib.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri insan hüquqları sahəsində vəziyyətin pisləşməsi, vətəndaşların siyasi motivlərlə təqib edilməsi, siyasi məhbus sayılan şəxslərin sayının 150-ni keçməsi haqqında danışıblar.

Müzakirələrin gedişi ilə bağlı Nəcmin Kamil məlumat verib.

Azərbaycanda bloqer Mehman Hüseynovun bu günlərdə polisə böhtan atmaq ittihamı ilə 2 il həbs edilməsinə də diqqət yetirilib.

Nəcimin Kamilin dediyinə görə, Vaqif Sadıqov tənqidi çıxışlarda səslənən fikirləri təkzib etməyə çalışıb. İşgəncələr haqqında verilən məlumatı "nağıl" adlandırıb.

Öz növbəsində, vətəndaş cəmiyyətinin nümayəndələri BMT qurumlarını Azərbaycanda insan hüquqları ilə bağlı problemlərə diqqəti artırmağa səsləyib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG