Accessibility links

BMT baş katibi Ban Gi Mun Liviyada baş verənlərlə bağlı narahatlığını bildirib

  • Nərminə Cəlalqızı

BMT baş katibi Ban Gi Mun Liviyada baş verənlərlə bağlı narahatlığını bildirib

BMT baş katibi Ban Gi Mun Liviyada baş verənlərlə bağlı narahatlığını bildirib

BMT baş katibi Ban Gi Mun Liviyada üsyançılarla hökumət qüvvələri arasında davam edən qarşıdurmalar zamanı ölən mülki vətəndaşların sayının artmasından narahatlığını bildirib. Dünən verdiyi bəyanatında cənab Ban Gi Mun hər iki tərəfə müraciət edərək, mülki vətəndaşlar arasında ölüm hallarının baş verməməsi üçün ehtiyat göstərməyə səsləyib. Baş katib onu da qeyd edib ki, Liviyada sülh yaranması üçün atəşkəs elan edilməlidir.

Mart ayında NATO qüvvələri 42 il hökm sürən avtoritar rejimə qarşı mübarizəyə qalxmış Liviya üsyançılarını dəstəkləyərək, prezident Müəmmər Qəzzafiyə qarşı hava hücumları həyata keçirməyə başladı.

.

XS
SM
MD
LG