Accessibility links

BMT Baş Katibi Şimali Koreyanın peyk planını tənqid edib

  • Amerikanın səsi

BMT Baş Katibi Ban Ki Mun Şimali Koreyanın orbitə peyk göndərməsi planından narahatlığını ifadə edib. O, bu məsələni gələn həftə Seulda nüvə təhlükəsizliyi sammitində qaldıracağını deyib.

Malayziyada çıxış edən cənab Ban deyib ki, raketin kosmosa uçuşu regional təhlükəsizliyə hədədir və bu addım Pxenyanın nüvə proqramı ətrafındakı mübahisənin çözülməsinə əngəl törədir.

Şimali Koreya deyir ki, peykin uçuşu aprelin ortalarına planlaşdırılıb və “dinc elmi məqsəd” daşıyır. Amma cənab Ban deyir ki, uçuş Şimali Koreyaya ballistik raket texnologiyasından istifadəni qadağan edən BMT qətnaməsinə ziddir.

Ötən ay Şimali Koreya uran zənginləşdirilməsini dayandırmağa, BMT müfəttişlərinin ölkəyə qayıtmasına, raket sınaqlarını dayandırmağa razılaşıb. Əvəzində, ABŞ Şimali Koreyaya ərzaq yardımı göndərəcək.

XS
SM
MD
LG