Accessibility links

Qlobal silah ticarətinə nəzarətə dair ilk beynəlxalq müqavilə imzalanıb


BMT-nin Nyu-Yorkda keçirilən yığıncağında 60-dan çox ölkənin nümayəndəsi 70 milyard dollar təşkil edən adi silahlarla qlobal ticarətə nəzarətə dair ilk beynəlxalq müqaviləyə imza atıb.

Argentina Silah Ticarətinə dair müqaviləni imzalayan ilk ölkə olub.

Müqaviləyə imza atan ölkələr arasında Birləşmiş Ştatlar olmayıb. Lakin ABŞ nümayəndələri ölkənin müqaviləyə qoşulacağını bildirib.

Rusiya və Çin də daxil olmaqla, silah ixracatı ilə məşğul olan digər ölkələr, o cümlədən, Hindistan, Səudiyyə Ərəbistanı, İndoneziya və Misir bitərəf qalıb.

BMT-nin baş katibi Ban Ki Mun bu ölkələrin nümayəndələrini mövqelərini dəyişməyə çağırıb.

Silah tərəftarı lobbiçi qrup olan Milli Tüfəng Assosiasiyası müqavilənin əleyhinə çıxıb və sənədin ABŞ Senatında ratifikasiyasına qarşı kampaniya aparacağına söz verib.
XS
SM
MD
LG