Accessibility links

BMT baş katibi Bəşər Əsədi tənqid etdi


BMT baş katibi Ban Ki Mun Suriya prezidenti Bəşər Əsədi sərt tənqid edərək onun hökumətinin “vətəndaşları qorumadığını” və döyüşlərin “ölkəni dağıtdığını” deyib.

“Suriyada situasiya sürətlə pisləşir,” deyə cənab Ban Xorvatiyaya səfərində bildirib. "Bütün ölkə boyu, o cümlədən paytaxtda döyüşlər intensivləşdikcə çox sayda insan əzab çəkir. Ölənlərin sayının artması və insanların evlərindən didərgin düşməsi məni narahat edir.”

Əsəd hökumətinin dinc nümayişçilərə baqıları bütün ölkəni bürüyən üsyana yol açıb. Suriya boyu vüsət alan döyüşlər ölkənin kürdlər məskunlaşdığı ərazilərə də yayılıb.

Bir müddət münaqişədən kənarda durmuş kürdlər yaşadıqları ərazilərdə nəzarəti ələ almağa başlayıblar. Kürd Koordinasiya Komitəsi adlanan müxalifət qrupu Amuda və Qobani qəsəbələrinin Azad Kürd Ordusunun nəzarəti altına keçidklərini xəbər verir. Üsyançılar hazırda ən iri kürd şəhərlərindən biri olan Qamışlını tutmağa can atırlar.
XS
SM
MD
LG