Accessibility links

BMT Belarusu işgəncələrə görə tənqid edib


BMT Belarusu işgəncələrə görə tənqid edib
BMT Belarusu işgəncələrə görə tənqid edib

BMT təhlükəsizlik qüvvələrinin üzvlərinin məhbuslara işkəncə verib onlarla pis rəftar etdiyinə görə Belarusu kəskin tənqid edib.

BMT-nin İşgəncəyə Qarşı Komitəsi pis rəftarla bağlı bir çox sayda iddianın olmasından və Belarusun bu iddiaları araşdırmamasından narahatlığını bildirib.

Komitə eyni zamanda ölüm hökmlərinin gizli şəkildə icrası və ailələrin edam haqda bir neçə həftə keçdikdən sonra məlumatlandırılması ilə bağlı narahatlığını ifadə edib.

Dünən BMT-nin üç müstəqil eksperti Belarusun yeni qanunvericiliyə düzəlişi təsdiqləməsinin ölkədə fundamental mülki və siyasi hüquqları təhlükə altına aldığı barədə xəbərdarlıq edib.

Yeni qanuna görə, rəsmi razılıq olmadan ictimai yerlərdə insanların toplaşması cinayət hesab edilir. Toplantı barədə məlumatın hətta sosial media vasitələrində yayılması da indi qadağan edilib.

XS
SM
MD
LG