Accessibility links

BMT bu gün qaçqınların durumu barədə hesabat açıqlayıb


BMT bu gün qaçqınların durumu barədə hesabat açıqlayıb
BMT bu gün qaçqınların durumu barədə hesabat açıqlayıb

BMT bildirir ki, dünya boyu qaçqınların sayı son 15 ildə ən yüksək həddə çatıb və yoxsul ölkələr bu sahədə ciddi problemlərlə üzləşir.

Bu gün Ümumdünya qaçqınlar günü açıqlanan yeni hesabatda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ötən il 43.7 milyon insanın münaqişələr səbəbilə evlərindən didərgin düşdüyü qeyd edilir. Milyonlarla insan isə daşqınlar və zəlzələlər kimi təbii fəlakətlər nəticəsində evsiz-eşiksiz qalıb.

BMT rəsmilərinin sözlərinə görə, 7 milyondan çox insan artıq 5 ildən çoxdur öz yerlərindən didərgin düşüb. Onların arasında artıq 30 ildən artıqdır qaçqın olan insanlar var. BMT-yə əsasən onların evlərinə qayıtması perspektivi çox azdır.

XS
SM
MD
LG