Accessibility links

Təhqiqat: BMT qoşunları Cənubi Sudanda zorakılıqlar zamanı mülki şəxsləri qoruya bilməyib


İyul ayında Cənubi Sudanın paytaxtında baş verən ölümcül qarşıdurma ilə bağlı müstəqil təhiqat belə nəticəyə gəlib ki, BMT ordusu və missiyasının işçi heyəti mülki vətəndaşlar və yardım işçilərini müdafiə edə bilməyib.

Təqaüdə çıxmış hollandiyalı general Patrik Kamaertin başçılıq etdiyi təhqiqat müəyyən edib ki, missiyanın işçi heyətinin yüksək səviyyəli üzvlərinin zəif idarəçiliyi zorakılığa xaotik və təsirsiz cavab tədbirləri ilə nəticələnib.

Prezident Salva Kiri dəstəkləyən hökümət qüvvələri ilə müxalifət lideri Riek Makara sadiq qoşunlar arasında döyüş iyulun 8-də prezident sarayı önündə baş verib.

Bəzi hesablamalara görə, qarşıdurma zamanı 300 nəfər ölüb. Qarşıdurmadan sonra yerli əhaliyə qarşı hücumlar, təcavüz və qarət halları müşahidə edilib. Onların əksəriyyəti etnik mənsubiyyətlərinə görə hücumlara məruz qalıb.

Təhqiqatçılar sülhməramlıları mülki şəxsləri zorakılıqdan müdafiə etmək üçün "riskə yol açacaq mövqe" nümayiş etdirdiklərinə görə tənqid edib.

Təhqiqatçılar həmçinin slühməramlıların Ümumdünya Ərzaq Proqramının qərargahı və anbarını müdafiə edə bilməmədiyi bildirib. Bu isə həmin ay ərzində 29 milyon dollar dəyərində ərzaq, avadanlıq və digər təchizatların qarət olunmasına səbəb olub.

BMT-nin Cənubi Sudanda 14 minə yaxın əsgəri və polis qüvvəsi var.

BMT sözçüsü deyib ki, baş katib Ban Ki-Mun BMT-nin Cənubi Sudan missiyasının qoşun komandiri, general-leytenant Moqoa Kimani Ondiekinin əvəz olunmasına çağırıb. Ondieki bu vəzifəyə bu ilin may ayında baş katib tərəfindən təyin olunub.

XS
SM
MD
LG