Accessibility links

BMT Asiyada daşqınların humanitar böhrana yol açacağı barədə xəbərdarlıq verib


BMT Asiyada daşqınların humanitar böhrana yol açacağı barədə xəbərdarlıq verib
BMT Asiyada daşqınların humanitar böhrana yol açacağı barədə xəbərdarlıq verib

BMT cənub-şərqi Asiyada daşqınların humanitar böhrana yol açacağı barədə xəbərdarlıq verib. Tailand, Laos, Kambodca, Vyetnam və Filippində 700-dən artıq insan təbii fəalkətin qurbanı olub. 8 milyon insan sellərin təsirinə məruz qalıb. Tailandın paytaxtı daşqın təhlükəsi altındadır. Fəlakət şəhərin iqtisadi mühərriki hesab edilən fabriklərin işini dayandıra bilər. Bankok 48 saat ərzində fəlakətlə üzləşə bilər. Şəhərdə minlərlə künüllülər, əsgərlər və hökumət işçiləri daşqınların qarşısının alınması əməliyyatlarına cəlb edilib. Tailandın 27 vilayəti fəlakətin təsirinə məruz qalıb. Ölənlərin sayı 315 nəfərdir. BMT zərər çəkən bölgələrə yardım göstərməyə hazır olduğunu bildirib.

Mövzuya uyğun

XS
SM
MD
LG