Accessibility links

BMT “Davamlı sanitariya- 2015-ci ilədək beşillik fəaliyyət”ə start verib


BMT “Davamlı sanitariya- 2015-ci ilədək beşillik fəaliyyət”ə start verib
BMT “Davamlı sanitariya- 2015-ci ilədək beşillik fəaliyyət”ə start verib

BMT hesabatında deyilir ki, dünyada 2.6 milyard insanın hər gün müvafiq ayaqyolu şəraiti olmadan yaşaması dəhşətli faktdır. Cənubi Asiyada əhalinin ən yoxsul hissəsinin 40%-nin, əhalinin hər 10 nəfərindən yalnız 2-nin evində ayaqyolu üçün təhlükəsiz, təmiz və müvafiq yer var.

Bu gün BMT “Davamlı sanitariya- 2015-ci ilədək beşillik fəaliyyət”ə start verib. Beşillik proqram 2010-cu ildə Ümumdünya Sağlamlıq Təşkilatı və BMT Uşaq Fondunun “2010-cu il üçün sanitariya və içməli su məsələlərində proqress” hesabatında göstərildiyi kimi əsas sanitariya xidmətlərinin ləng və qeyri-qənaətbəxş təchiz edildiyi səbəbindən keçirilir. BMT baş katibinin Su və Sanitariya üzrə Məşvərət orqanının sədri Əla-Həzrət Oranj şahzadəsinin (Niderland) hesabatında deyilir ki, dünyada 2.6 milyard insanın hər gün müvafiq ayaqyolu şəraiti olmadan yaşaması dəhşətli faktdır. “2.6 milyard insanın çoxu inkişaf etməkdə olan ölkələrdə yaşayır. Bu da o deməkdir ki, inkişaf etməkdə olan ölkələrin əhalisinin yarısının müvafiq ayaqyolu infrastrukturu yoxdur”. Şahzadənin fikrincə, sosial-iqtisadi statusu və bərabərsizliyi nəzərə alsaq vəziyyət daha da pisdir: “Cənubi Asiyada əhalinin ən yoxsul hissəsinin 40%-nin, əhalinin hər 10 nəfərindən yalnız 2-nin evində ayaqyolu üçün təhlükəsiz, təmiz və müvafiq yer var”. BMT rəsmisi hesab edir ki, müvafiq ayaqyolu şəraitinin olmaması iqtisadi inkişafa əngəl törədir: “Dünya Bankı bu yaxınlarda zəif sanitariya şəraitinin səhiyyə və ətraf mühitə olan təsirinə əsasən Hindistanda illik xərcləri 53.8 milyard, İndoneziyada 6.3 milyard dollar, Laosda 193 milyon ABŞ dolları miqdarında dəyərləndirib. Bu vəsaitlərin gigiyena təlimi, infrastruktur layihələri və icma inkişafına sərf edildiyini təsəvvür edin. Bununla biz, sanitariya böhranına son qoya bilərik. Uşaqlar, qadınlar və kişilər artıq səhiyyə və iqtisadi imkanlardan və əlverişli sanitariya şəraitindən asılı olan əsas insan ləyaqətindən faydalana bilərdilər”. BMT-yə üzv dövlətlər açıq havada ayaqyolundan istifadə etməyə son qoymağa, büdcəni artırmağa və “Davamlı Sanitariya: 2015-ci ilədək beşillik fəaliyyət” çərçivəsində əlaqələndirilmiş fəaliyyətə çağıran qətnamə qəbul edib. Azərbaycanda bu sahədə vəziyyət necədir? Bu suala cavab axtarışı ilə bağlı səylərimiz nəticə verməyib. Belə ki, ölkədə ayaqyolu sahəsində vəziyyəti əks etdirən ümumi statistik rəqəmləri əldə edə bilmədik.
Ekspertlər əhalinin böyük əksəriyyətinin (90 faizdən çoxu) su ilə təchiz edilmiş ayaqyolu otaqlarından istifadə etdiyini bildirib. Ancaq kanalizasiya xətlərinə qoşulmuş ayaqyolular yalnız şəhərləri, şəhərtipli qəsəbələri əhatə edir. Bununla yanaşı, şəhərlərdə də kanalizasiya xətlərinə qoşulmamış ayaqyoluların sayı çoxdur. Əhalinin əsas narazılığı ictimai ayaqyoluların olmamasında və pullu olmasındadır. “Hətta, Bakıda çoxsaylı mərmərlə döşənmiş park və meydanlarda ayaqyolu tikintisi memarların və şəhər rəhbərlərinin yadından çıxıb”, - paytaxt sakinlərindən biri Amerikanın Səsi radiosuna bildirib.

XS
SM
MD
LG