Accessibility links

BMT dünyada ərzaq qiymətlərinin bahalaşdığı barədə xəbərdarlıq edir


BMT dünyada ərzaq qiymətlərinin bahalaşdığı barədə xəbərdarlıq edir

BMT dünyada ərzaq qiymətlərinin bahalaşdığı barədə xəbərdarlıq edir

Təşkilat buna səbəbin tələbatın və ərzaq istehsal edən ölkələrdə hava şəraitinə görə taxıl məhsulları ehtiyatının tükənməsinin səbəb olduğunu deyir

BMT bildirir ki, dünya boyu ərzaq qiymətləri son iyirmi ildə ən yüksək səviyyəyə çatıb. Ərzaq və Kənd Təssərüfatı Təşkilatı bildirir ki, qiymətlər şəkərdən başqa bütün digər ərzaq məhsulları üçün yüksək olaraq qalır.

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı keçən ilin iyun ayından bəri şəkərdən başqa digər ərzaq məhsulları üçün qiymətlərin qalxmaqda davam etdiyini bildirir.

Ərzaq qiymətləri əsasən etirazların baş alıb getdiyi Misir və Tunisdə daha çox artıb.

Ərzaq və Kənd Təssərüfatı Təşkilatından iqtisadçı Əbdülrza Abbasian Liviyada davam edən narahatlıqların neft qiymətinin atrmasına səbəb olduğunu və bunun da vəziyyəti daha da ağırlaşdırdığını bildirib. Cənab Abbasian ərzaqla enerji arasındakı zəncirin həlqəsinin bioyanacaq olduğunu deyib. O, neft təchizatı azalanda bioyanacağın istehsalının gücləndiyini və bunun da ərzaq ehtiyatlarına təsir göstərdiyini bildirib.

İqtisadçıların dediklərinə görə, 2007 və 2008-ci illərdə neft qiymətinin yüksək həddə çatdığı vaxt nə baş verdi? Etanol kimi bio-yanacağa tələbat artdı.

Oxfam Beynəlxalq Yardım Qrupunin bildridyinə görə, dünya boyu yoxsulluğa doğru gedən milyonlarla insan vacib ərzaq məhsulları almaq üçün çalışır. Təşkilat beynəlxalq ictimaiyyəti neftə olan spekulyasiya qiymətlərinin qarşısının alınmasına və bio-yanacağın artırılmasına çağırır.

Cənab Abbasian deyir ki, cari illə 2008-ci il arasında fərq dünyadakı insanların yarısının istifadə etdiyi düyü qiymətlərinin dörd faiz artmasındadır. Taxılın qiyməti 60 fazidən çox, bio-yanacaq üçün istifadə edilən qarğıdalının qiyməti isə keçən ildən bəri 93 faiz artıb.

Təşkilat buğda və digər başlıca taxıl məhsullarının ixrac qiymətinin 2010-cu il fevral ayından təxminən 70 faiz artdığını bidlirir.

XS
SM
MD
LG