Accessibility links

ABŞ BMT-də Fələstin dövlətinin yaradılmasına dair qətnaməyə veto edib


Amerika Birləşmiş Ştatları BMT-də Fələstin dövlətinin yaradılması ilə bağlı qətnamə layihəsinə veto qoyub. Qətnamədə İsrailin işğal etdiyi ərazilərdən çıxması tələbi qoyulub.

ABŞ veto qoymasa belə, qətnamə təsdiq edilmək üçün lazım olan səslərin sayından bir səs az alacaqdı. Qərarın qəbul olunması üçün Təhlükəsizlik Şurasının 15 üzvünün doqquzunun qərarı təsdiqləməsi lazım idi.

ABŞ-ın BMT-dəki nümayəndəsi Samantha Pauer vetonin səbəbini izah edərək, İsrail və Fələstin arasında sülhün yalnız çətin seçim və kompromislər nəticəsində əldə edilə biləcəyini və bu qətnamənin Fələstin və İsraili iki dövlətin yaranması kimi həllə doğru aparmayacağını bildirib.

“Biz bu qərarın əleyhinə Fələstinlilər və İsraillilərin hər gün üzləşdiyi çətinliklər və təhlükələrə biganə qaldığımız üçün səs verməmişik. Biz hər iki tərəfin danışıqlar yolu ilə münaqişənin həllinə nail olmadan bu çətinliklərin bitməyəcəyini və təhülkənin azalmayacağını bildiyimiz üçün qətnaməyə veto qoymuşuq.”

Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mansur Təhlükəsizlik Şurasını tənqid edərək, şuranın vəzifələrini yerinə yetirmədiyini bildirib.

Qəbul olunsa qətnamə İsrailə İordan çayının Qərb sahili və Qəzzadan çəkilərək, 1967-ci il müharibəsindən öncə müəyyən olunmuş sərhədlərə qayıtması üçün 2017-ci ilin sonunadək vaxt verilməsini nəzərdə tutur. Qətnamədə həmçinin İsrail və Fələstin arasında bir il ərzində sülh sazişinin imzalanmasına çağırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG