Accessibility links

BMT-nin Təhlükəsizlik Şurası zorakı ekstremizmə qarşı qlobal mübarizədə terrorçulara maliyyə axınının qarşısını kəsməyə, onlara qarşı hava hücumları və başqa hərbi əməliyyatların keçirilməsinə səlahiyyətlər verməyə və sanksiyalar həyata keçirməyə çalışır. Təhlükəsizlik Şurası çərşənbə günü yeni yanaşma tərzini qəbul edərək, planetin gənclərinin qarnalıq və təhlükəli qruplar tərəfindən öz sıralarına cəlb olunmasının qarşısının alınması yollarını nəzərdən keçirməyə başlayıb.

Qlobal səviyyədə gənclərdən ibarət əhalinin sayı hər zaman olduğundan daha çoxdur. Dünyada 1,8 milyard əhali 10 yaşla 24 yaş arasındadır.

“Biz bu gün hamımız başa düşürük ki, gənclər bu radikal qruplar tərəfindən cəlb olunmaqda daha həssas qrupdur və biz gəncləri zorakı ekstremizmə qarşı mübarizədə tərəfdaşlar kimi cəlb edərək məsələyə münasibəti dəyişməliyik"-BMT-nin Gənclər üzrə xüsusi nümayəndəsi Əhməd Alhendavi

Gənclərin çoxu inkişaf etməkdə olan ölkələrdə yaşayır. Onların çoxu yoxsul və işsizdir. Bu isə gəncləri İslam Dövləti qrupu kimi tanınan təşkilatlar tərəfindən hərbi dəstələrə cəlb olunmaq riski qarşısında qoyur.

BMT-nin Gənclər üzrə xüsusi nümayəndəsi Əhməd Alhendavi: “Biz bu gün hamımız başa düşürük ki, gənclər bu radikal qruplar tərəfindən cəlb olunmaqda daha həssas qrupdur və biz gəncləri zorakı ekstremizmə qarşı mübarizədə tərəfdaşlar kimi cəlb edərək məsələyə münasibəti dəyişməliyik. Biz bu məsələni məzmun etibarilə də dəyişməliyik, üçnki gənc insanların problemin bir hissəsi olduğu kimi damğalanmasına son qoyulmalıdılr.”

Təhlükəsizlik Şurasında gənclərlə bağlı qətnamə nadir hallarda eşidilən alqışlarla altında qəbul edilib.

Sənəddə dünya ölkələri münaqişə zonalarında gənclərin daha yaxşı müdafiəsi və onların münaqişələrdən sonra sülh prosesində daha yaxından iştirakını təmin olunmasına çağırılır. Qətnamədə həmçinin zorakı radikalizmin yüksəlməsinə gətirib çıxaran amillərin vurğulanmasının vacibliyi xüsusi qeyd edilir.

“Biz bilirik ki, Twitterdə İŞİD-lə bağlı təxminən 50 min hesab var. İŞİD tərəfdarlarından gündə 90 min Twitter mesajı göndərilir. Biz online və offline gənc insanlarla iş aparmaqla bu mübarizədə qələbə çalmalıyıq"-BMT-nin Gənclər üzrə xüsusi nümayəndəsi Əhməd Alhendavi

Qətnamə layihəsi İordaniyanın nümayəndə heyəti tərəfindən təqdim edilib.

İordaniyanın BMT-dəki səfiri Dina Kavar: “Gənclərdən dağıtmaq üçün bir alət kimi istifadə deyil, onların quruculuq işlərinə cəlb olunması üçün davamlı inkişafın təmin edilməsi istiqamətində səylərin gücləndirilməsinə ehtiyac var.”

Bu o deməkdir ki, gənclər, xüsusilə də münaqişə zonasında olan gənc insanlar, təhsil, təlim və iş imkanları kimi alternativlər əldə edəcək.

BMT-nin Gənclər üzrə xüsusi nümayəndəsi Əhməd Alhendavi: “Biz bilirik ki, Twitterdə İŞİD-lə bağlı təxminən 50 min hesab var. İŞİD tərəfdarlarından gündə 90 min Twitter mesajı göndərilir. Biz online və offline gənc insanlarla iş aparmaqla bu mübarizədə qələbə çalmalıyıq.”

Bu qətnamə ilə Təhlükəsizlik Şurası bugünkü gəncləri sabahkı dünyanın qurucuları və bu dünyanın sülh və tərəqqi içində olması üçün onun inkişafında rolunu tanıyır.

XS
SM
MD
LG