Accessibility links

BMT gənclərin radikallaşmasına nəzər salır [Video]


BMT Təhlükəsizlik Şurası beynəlxalq sülhə və təhlükəsizliyə hədə olan bu məsələ ilə bağlı ekspertlərin rəyini dinləyib

Gənclərin radikallaşması və islamçı ekstermist qruplara qoşulması bütün dünya ölkələrinin hakimiyyətləri üçün böyük problemə çevrilib. BMT Təhlükəsizlik Şurası beynəlxalq sülhə və təhlükəsizliyə hədə olan bu məsələ ilə bağlı ekspertlərin rəyini dinləyib.

Gənc kişi və qadınlar silahlı qruplara qoşulur. Onları cəlb edən isə macəra, eləcə də güc və əhəmiyyətə sahib olacaqları yeni dünya quruluşu vədləridir. Həqiqət isə daha fərqlidir.

Onlar Quran və ya Hədis, ya da Xəlifə Ömər və ya Osman barədə heç nə bilmirdilər. İslam haqqında isə Əl-Qaidə və İŞİD-in təbliğatından öyrəniblər

Təhlükəsizlik Şurasının debatında ABŞ elçisi Samanta Pauer İslam Dövləti kimi terrorçu qrupların xüsusilə internet vasitəsilə daha çox gənci sıralarına cəlb etməsi barədə xəbərdarlıq edib.

“Fakt budur ki, terrorçu qruplar yeni gənc üzvləri cəlb etməkdə bizdən daha cəlddirlər. Biz isə gənclərin rifahı, eləcə də hamımızın təhlükəsizliyi üçün onlara çatmalıyıq.”

Londonda yerləşən Radikallaşma Araşdırmaları üzrə Beynəlxalq Mərkəzin sədri Piter Nyuman şuraya bildirib ki, təkcə Avropadan Suriya və İraqda 4 min xarici döyüşçü var. Onların çoxu isə özlərini Qərb cəmiyyətindən təcrid olunmuş hiss edirlər.

“Sən özünü cəmiyyətinin bir hissəsi kimi hiss etmirsənsə, tərk etmək və nifrət etmək asanlaşır.”

Bu gənclərin çoxu regiona İslam Dövlətinin sırasına daxil olmaq üçün gedir. Bu yaxınlarda antropoloq Skot Atran İraqın şimalında qruplaşmalara qoşulan gənc oğlanlardan müsahibə alıb.

Fakt budur ki, terrorçu qruplar yeni gənc üzvləri cəlb etməkdə bizdən daha cəlddirlər. Biz isə gənclərin rifahı, eləcə də hamımızın təhlükəsizliyi üçün onlara çatmalıyıq

“Onlar Quran və ya Hədis, ya da Xəlifə Ömər və ya Osman barədə heç nə bilmirdilər. İslam haqqında isə Əl-Qaidə və İŞİD-in təbliğatından öyrəniblər.”

Afrikadakı yoxsulluq, işsizlik və münaqişələr bir çox gənci Boko Harama, Əl-Şəbaba və digər yaraqlı qruplara cəlb edib. Onlar mülki əhalini öldürüblər və oğurlayıblar. Bunlara Nigeriyada qaçırılan qızlar və bu yaxınlarda Keniyada Qarissa Universitetində öldürülən 148 tələbə daxildir.

İordaniyanın 20 yaşlı vəliəhdi Hüseyn bin Abdullah cümə axşamı keçirilən müzakirəyə sədrlik edib. O bildirib ki, bu halda gənclər daha çox təsir altına düşsələr də, onlar məsələnin həllinin də bir hissəsi ola bilərlər. Onun sözlərinə görə, İordaniya extremizmə və terrorçuluğa qarşı mübarizədə gənclərin rolu ilə bağlı beynəlxalq konfrans keçirməyə hazırdır.

XS
SM
MD
LG