Accessibility links

BMT görüşləri barədə Amerikanın səsinin müxbiri ilə müsahibə


BMT görüşləri barədə Amerikanın səsinin müxbiri ilə müsahibə
BMT görüşləri barədə Amerikanın səsinin müxbiri ilə müsahibə

ABŞ və Türkiyə prezidentlər arasındakı görüş çərşənbə günü baş tutdu. Bu görüşdə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın İrana təqdim etdiyi “dialoqa davam etmə” təklifi var idi. Bu barədə Xarici İşlər Naziri Əhməd Davudoğlu məlumat verib. İran mövzusu ayrıca prezident Abdulla Gülün BMT-dəki çıxışı zamanı gündəmə gəlib.

Nyu Yorkda ezamiyyətdə olan Türkcə redaksiyasının əməkdaşı Alparslan Əsmər BMT görüşlərində regionla əlaqədar məsələlər haqqında suallarımıza cavab verib.

Sual:Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlu və ABŞ Dövlət katibi Hillari Klinton arasında görüşdə hansı məsələlər müzakirə edilib.

Cavab:Əhməd Davudoğlu ilə Hillari Klinton arasındakı görüş zamanı Əfqanıstan, Pakistan, İraq, İran, Yaxın Şərqdə sülh prosesi zamanı İsrailin Qəzzaya yardım aparan gəmilərə hücumu mözvuları gündəmə gəldi. Hər zamankı kimi İran mövzusu bu görüşlərin mərkəzində idi. Hillari Klinton İran tərəfində saxlanılan bir amerikalı əsgərin sərbəst buraxılmasına görə Türkiyəyə təşəkkür edib. Davudoğlu da İran mövzusunda bütün tərəflərlə təmasda olacaqlarını bildirib. Tərəflər ayrıca Pakistandakı sel fəlakətində əməkdaşlığı davam etdirməyi qərarlaşdırıblar.

Sual: Bildiyimiz kimi, son zamanlar münasibətlərdə bir az soyuqluq yaranıb. Bu görüşlər Türkiyə ABŞ münasibətlərinə necə təsir göstərə bilər?

Cavab: Bildiyimə görə Amerika mediasında bu münasibət müsbət qiymətləndirilmir. Rəsmi görüşlərdə amerikalılar bunu ifadə etməkdən çəkinirlər. Ümumilikdə isə türk- amerikan münasibətləri sabitdir.

Sual: Türkiyə prezidenti Abdulla Gül İranın dövlət başçısı Mahmud Əhməd Necatla görüşmüşdür. Prezidentlərin görüşü zamanı hansı məsələlər diqqət mərkəzində idi?

Cavab: Prezidentlər arasındakı görüş çərşənbə günü baş tutdu. Bu görüşdə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın İrana təqdim etdiyi “dialoqa davam etmə” təklifi var idi. Bu barədə Xarici İşlər Naziri Əhməd Davudoğlu məlumat verib. İran mövzusu ayrıca prezident Abdulla Gülün BMT-dəki çıxışı zamanı gündəmə gəlib. Abdulla Gül İranla yaxınlaşma mövzusunda Braziliya ilə başlatdığı təşəbbüslərin davam etdirilməsindən danışıb və İranla diplomatik əlaqələr qurmağın əhəmiyyətli olmasını qeyd edib. Türkiyə Xarici İşlər Naziri Əhməd Davudoğlunun da İranın Xarici İşlər Naziri Manuçöhr Mottaki ilə görüşləri keçirilib.

Sual:Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunuldumu? Ümumiyyətlə bu haqda çıxışlar oldumu?

Cevap:Dünən, BMT-də çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı atışmaların beynəlxaq sahədə və bölədəki sülhə ən böyük təhdid olduğunu söylədi. İlham Əliyev beynəlxalq birliyə Azərbaycan torpağı olan Qarabağın işğalından və bölgədə etnik təmizlik aparılmasına görə Ermənistanın günahkar olduğunu bildirib. Bölgədəki münaqişənin sülh yoluyla həllinə Ermənistanın əngəl olduğunu deyən prezidentin sözlərinə görə, bütün problemlərə baxmayaraq Azərbaycan tərəfi hər zaman sülh danışıqlarını davam etdirməyə hazırdır. Türkiyə də Qarabağ probleminin sülh yoluyla həllinə dəstək verdiyini açıqladı.

XS
SM
MD
LG