Accessibility links

Sendi qasırğasından sonra Haitidə bərpa işlərinə 40 milyon dollar xərclənəcək


Sendi qasırğası nəticəsində Haitidə ötən ay 50-dən çox insan həlak olub, 27 min ev dağılıb

BMT Sendi qasırğasından sonra Haitidə bərpa işlərinə əlavə 40 miliyon dollar ayrılması üçün müraciət edib.

BMT-nin humanitar agentliyi dərhal başlanması zəruri olan bərpa işləri üçün 23 milyon, yerdə qalan məbləq isə 2013-cü ildə nəzərdə tutulmuş layihəyə xərclənəcək.

Sendi qasırğası nəticəsində Haitidə ötən ay 50-dən çox insan həlak olub, 27 min ev viran qalıb. Qasırğa nəticəsində həmçinin vəba xəstəliyi ilə 20-yə yaxın mübarizə mərkəzi də yerlə yeksan olub. Bu mərkəzlər Sendi qasırğasının nəticəsi olaraq içməli suyun çirkləndiyi şəraitdə mühüm rol oynayırdı.

Karib hövzəsində yerləşən Haiti adasında 2010-cu ildə baş vermiş zəlzələ və ötən il tropik Ayzek qasırğasından sonra bərpa işləri hələ də başa çatmayıb.

Birləşmiş Ştatların Atlantik sahillərinə çatan Sendi qasırğası Nyu-York şəhəri və Nyu-Cersi ştatı sahillərinin bir hissəsini daşqınlara məruz qoymuş, böyük bir ərazi günlərlə elektriksiz qalmışdır.
XS
SM
MD
LG