Accessibility links

BMT: Homsda humanitar fasilənin müddəti uzadılır


.
.
BMT Suriya hökuməti və müxalifətinin mühasirəyə alınmış Homs şəhərində humanitar fasilənin daha üç uzaldılmasına dair razılıq əldə etdiyini bildirib.

BMT-nin humanitar məsələlər üzrə koordinatoru Valeri Amos açıqladığı bəyanatda BMT və Ərəb Qızıl Aypara Cəmiyyətinin işçilərinin qəsdən hədfə alınmasından sonra əldə edilmiş razılığı alqışlayıb.

O, humanitar fasilənin daha çox mülki vətəndaşın evakuasiya edilməsinə və əraziyə lazım olan təchizatın çatıdrılmasına imkan yaradacağına ümid etdiyini bildirib. Keçən həftənin cümə axşamı günündən bəri üsyançıların nəzarətində olan şəhərdən 800-dən çox adam evakuasiya edilib.

Suriya hökuməti və müxalifətinin nümayəndələri Cenevrədə ölkədə siyasi böhranın həlli məqsədilə danışıqların ikinci raunduna başlayıb.
XS
SM
MD
LG