Accessibility links

Beynəlxalq Hüquq Müdafiə Təşkilatları Federasiyası BMT-ni Azərbaycanda insan hüquqlarına reaksiya verməyə çağırıb


BMT İnsan Hüquqları Şurasının 29-cu sessiyasında 25 ölkədən ibarət qrup Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı İrlandiya nümayəndəsinin şifahi müraciətini dəstəkləyib.

Şuranın gündəliyinə daxil edilən birgə bəyanatda vətəndaş cəmiyyətinin fəaliyyəti üçün məhdudiyyətlər, hökuməti tənqid edənlərin həbsi, müstəqil səxslərin, xüsusən hüquq müdafiəçilərinin sıxışdırılmasından narahatlıq ifadə olunub.

Bəyanatda Azərbaycan hakimiyyəti İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov, Leyla və Arif Yunuslar, Xədicə İsmayılovanı azadlığa buraxmağa çağırılır.

“Beynəlxalq forumda Azərbaycandakı vəziyyətə bu cür diqqət narahatlığın dərəcəsinin göstəricisidir və Avropa Oyunlarının keçirildiyi ölkədə insan hüquqlarının vəziyyətinin ağır olmasından xəbər verir”.

Bu bəyanat isə BMT İşgəncələr Əleyhinə Komitənin iştirakı ilə Beynəlxalq Hüquq Müdafiə Təşkilatları Federasiyası tərəfindən qəbul edilib.

Əgər Azərbaycan hakimiyyəti bu çağırışlara məhəl qoymasa Beynəlxalq Federasiyası (FIDH) BMT İnsan Hüquqları Şurasını 2015-ci ilin sentyabrında keçiriləcək 30-cu sessiyasında Azərbaycan insan hüquqlarının vəziyyəti üzrə monitorinq mexanizmini müəyyən edən qətmnamənin qəbuluna çağıracaq.

XS
SM
MD
LG