Accessibility links

130 ölkə lideri qlobal iqlim razılığını imzalayır [Video]


Dünya liderləri cümə günü Birləşmiş Millətlər Təşkilatında iqlim dəyişikliyinin təsirlərini yavaşıtmaq və dəyən ziyanları aradan qaldırmaq məqsədilə tarixi bir addım atacaq. Onlar ötən dekabr Parisdə əldə edilən razılığı ratifikasiya edəcəklər.

Paris razılığının qüvvəyə minməsi üçün ilk növbədə BMT İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının azı 55 üzvü razılığı ratifikasiya etməlidir. Həmin 55 üzv və ya daha çoxu isə qlobal istixana qazlarının 55 faizini təmsil etməsi lazımdır.

Fevral ayında Ficidə baş verən Super Qasırğa Uinston 44 nəfərin ölümünə səbəb oldu və ölkəyə 1 milyard dəyərində ziyan vurdu.

“Uniston kimi ekstremal hava şəraitlərinin tezliyi və intensivliyi artır. Və biz bunun təkcə özümüz üçün deyil, gələcək nəsillər üçün nələrə səbəb olağından narahat olmalıyıq.”

BMT baş katibi Ban Gi-Mun dünya liderlərinin iqlim dəyişikliyi ilə bağlı işlər görməyə çağırıb.

“Yer kürəsini qorumağın yeganə yolu budur.”

Ötən dekabr Parisdə dünya liderləri qlobal temperatur artımını iki dərəcə selsi ilə məhdudlaşdırmaq barədə razılığın detallarını müzakirə ediblər.

Bu razılıq həmçinin istixana qazlarının və istiləşən planetin təsirlərinin azaldılmasına yol açır. Bu isə külək və günəş enerjisi kimi yenidən bərpa oluna bilən enerji mənbələrinə keçid deməkdir.

Cümə günü isə Nyu Yorkda 130-dan çox ölkənin liderləri bu razılığa imzalamaqla öhdəliklərini həyata keçirmək yolunda ilk addımlarını atmış olcalaqlar. Daha sonra bu ölkələrin hökümətləri razılığı ratifikasiya etməlidir.

“Paris razılığının qüvvəyə minməsi üçün ilk növbədə BMT İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının azı 55 üzvü razılığı ratifikasiya etməlidir. Həmin 55 üzv və ya daha çoxu isə qlobal istixana qazlarının 55 faizini təmsil etməsi lazımdır."

Razılığın qüvvəyə minməsində böyük rol oynayanlar Çin və Birləşmiş Ştatlardır ki, birlikdə onların qaz emissiyaları qlobal emissiyaların 40 faizini təşkil edir. Hər iki ölkə razılığın qüvvəyə minməsini dəstəkləyir. Bunun üçün hədəf tarix 2020-ci ildir, amma əgər ölkələr razılığı daha öncə ratifikasiya etsə, razılıq bu il və ya 2017-ci ilin əvvəlində qüvvəyə minə bilər.

XS
SM
MD
LG