Accessibility links

BMT-nin İqlim Sammiti bu gün işinə başlayıb. BMT-nin baş katibi Ban Gi Mun dünya ölkələrini ətraf mühitin mühafizəsi naminə yeni kurs götürməyə çağırıb. O deyib ki, iqlim dəyişikliyi dünyada sülh və milyonlarla insanın rifah halına hədə törədir.

Ban Gu Mun istixanə qazlarının azaldılmasına çağıraraq, dünyanın 21-ci əsrin sonunadək karbondan azad olmasının vacubliyini vurğulayıb.

125 ölkənin dövlət başçısının iştirak etdiyi sammit 2015-ci ilin sonunadək istixanə qazlarının ixtisarına dair Paris sazişinin qəbuluna təkan verilməsi mahiyyəti daşıyır.

Lakin dünyanın iki ən böyük hava çirkləndirən ölkəsi Çin və Hindistan sammitə qatılmayıb.

Tədbirdə dünyaya ekoloji baxımdan ziyan vuran ikinci ən böyük ölkə ABŞ prezidenti Barak Obama və dəniz səviyyəsinin artması səbəbi ilə yox olma təhlükəsi altında olan Tuvalu adasının baş naziri Enele Sopoaqa çıxış etməlidir.

Prezident Obama xarici ölkələrdə inkişaf proqramlarına investisiya qoyan ABŞ şirkətlərinin iqlim dəyişikliyini nəzərə almasına dair sərəncam imzalayacağı gözlənilir.

Dünya Bankı 73 dövlət və 22 regional hökumətin 1000-nə yaxın şirkətinin təmiz enerji texnologiyasından istifadə etməsini nəzərdə tutan siyasətə qoşulacağını bəyan edib.

XS
SM
MD
LG