Accessibility links


Beynəlxalq Atom Enerjisi agentliyi İranın Qərbin inandığı kimi, nüvə bombası hazırlamaq üçün istifadə edilə biləcək materialın istehsalına imkan verən reaktorun qurulması istiqamətində mühüm addım atdığını bildirib.

Qərbin xəbər şirkətləri tərəfindən əldə edilən hesabatında BMT-nin nvə agentiyi İranın Arak şəhəri ətrafında ağır su zavoduna yeni reaktorun gətirildiyini bildirir. Agentlik reaktorun hələ işə salınmadığını bildirib.

Qərb qüdrətləri İranın Arakdakı obyektdə nüvə silahları istehsalı üçün plutonium əldə edə biləcəyindən ehtiyat edir. İran nüvə proqramının dinc mahiyyət daşıdığına təkid edir.
XS
SM
MD
LG