Accessibility links

BMT Təhlükəsizlik Şurası İranla razılaşmanı yekdilliklə təsdiq edib


United Nations Iran Nuclear Deal

United Nations Iran Nuclear Deal

BMT Təhlükəsizlik Şurası İranla razılaşmanı yekdilliklə təsdiq edərək, Tehrana qarşı iqtisadi sanksiyaların tədricən aradan qaldırılması üçün yol açıb.

Təhlükəsizlik Şurasının 15 üzvü keçən həftə şuranın beş daimi üzvü olan Birləşmiş Ştatlar, Britaniya, Fransa, Rusiya və Çin, eləcə də Almaniyanın İranla müzakirələr nəticəsində əldə ediyi razılığın lehinə səs verib.

İranın nüvə razılığının şərtlərinə əməl edəcəyi nəzər alınaraq, BMT-nin təsdiq etdiyi qətnamədə 2006-cı ildən başlayaraq BMT və Qərb ölkələrinin bildirdiyi kimi İranın nüvə silahı istehsalına çalışmasının qarşısını alınması məqsədilə tətbiq edilmiş yeddi raund sanksiyaların tədricən aradan qaldırılmasına çağırılır.

Təhlükəsizlik Şurası BMT-nin nüvə fəaliyyətlərinə nəzarət agentliyi olan Beynəlxalq Atom Enerjisi Agentliyinə İranın nüvə öhdəliklərinin zəruri yoxlanması və monitorinqinin həyata keçirilməsini həvalə edərək, Tehranı agentliklər tam əməkdaşlığa çağırıb.

Sanksiyalar BMT müfəttişlərinin İranın nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini təsdiq etməsindən sonra aradan qaldırılacaq.

BMT qətnaməsinin təsdiq edilməsindən sonra İranla razılaşma 90 gün ərzində qüvvəyə minməlidir. Növbəti mühüm mərhələ Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatını açıqlamasından sonra başlayacaq. Sənədin dekabr ayında açıqlanması gözlənilir. Bu, İranın iqtisadiyyatına zərbə endirmiş sanksiyaların aradan qaldırılacağı dövr olacaq.

XS
SM
MD
LG