Accessibility links

BMT agentliyi inanır ki, nüvə araşdırması səyləri barədə məlumat verməkdən yayınmasından 3 həftə sonra İran nüvə araşdırmasını genişləndirməyə başlayıb və Birləşmiş Millətlər Təşkilatı Tehrana qarşı təzyiqləri artırmağı düşünür.

Beynəlxalq Atom Enerjisi Agentliyinin sentyabrın əvvəllərində hazırlanan məxfi hesabatında deyilir ki, İran avqustun 25-də tətbiq edəcəyinə razılıq verdiyi 5 şəffaflıq addımından 2-ni həyata keçirməyib.

Bu hərəkət İranın 6 dövlətlə nüvə danışıqlarını mürəkkəbləşdirə bilər.

Keçən il Həsən Ruhani prezident seçiləndən bəri İran danışıqlarda iştiraka böyük maraq göstərməyə başlayıb.

XS
SM
MD
LG