Accessibility links

İraqda iuyl ayında zorakılıqlar nəticəsində 1332 insan həyatını itirib


BMT-nin açıqladığı yeni rəqəmlərə əsasən, iyul ayında İraqda İslam Dövləti qrupuna qarşı müharibə zamanı baş vermiş zorakılıqlar nəticəsində 1332 iraqlı həyatını itirib.

BMT-nin İraq üzrə missiyasının bildirdiyinə görə, ölənlər arasında 844 nəfər mülki vətəndaşlar, qalan 488 nəfər isə İraq təhlükəsizlik qüvvələri və İslam Dövləti qrupuna qarşı hökumət tərəfində döyüşən yarı-hərbi dəstələrin üzvləridir.

BMT münaqişədə yaralananların sayını 2108 nəfər kimi göstərib. Bağdad zorakılıqların baş verdiyi yerlər arasında ən təhlükəli yerlərdən biri sayılır. Burada ölənlərin sayı 335 nəfərdən ibarətdir.

İyun ayında İraqda ölənlərin sayı daha artıq olub. Keçən ay zorakılıqlar nəticəsində 1466 nəfər həyatını itirib, 1687 nəfər yaralanıb.

BMT-nin statistik məlumatlarına İslam Dövləti qrupunun nəzarətində olan ərazilər daxil edilməyib. Qrup İraq və Suriyda ərazilərin üçdə birinə nəzarət edir.

BMT zorakılıqlar nəticəsində yaşayş yerlərini tərk etmiş məcburi köçkünlər arasında su, ərzaq və tibbi xidmətlər çatışmazlığı nəticəsində ölüm halları ilə bağlı məlumatları təsdiq edə bilmədiyini bildirib.

XS
SM
MD
LG