Accessibility links

BMT oktyabrın 25-də İŞİD yaraqlılarının İraqın şimalında Mosul ətrafında məhkəməsiz qətllər və edamlar, eləcə də dinc əhalidən canlı qalxan kimi istifadə edilməsinə dair ilkin hesabatları əldə etdiyini bildirib.

BMT-nin İnsan Haqları komitəsinin nümayəndəsi Ruber Kolvill Cenevrədə jurnalistlərə bildirib ki, hesabatdakı məlumatlar hələlik tam təsdiq edilməyib, lakin burada İŞİD-in Mosul ətrafında saxladığı İraq polisinin 50 üzvünü və 15 mülki vətəndaşı çaya ataraq qətlə yetirməsinə dair faktlar qeyd edilib.

Kolvill İraq təhlükəsizlik qüvvələrinin Mosuldan cənubda odlu silahdan atəş nəticəsində ölmüş 70 mülki şəxsin cənazəsinin aşkar edildi haqda məlumatı da qeyd edib. Lakin qətlə görə kimin məsuliyyət daşıdığı aydın deyil.

BMT nümayəndəsi İraq və koalisiya qüvvələrini döyüşçülərin beynəlxalq humanitar qanunlara uyğun davranmasını təmin etməyə çağırıb.

İŞİD-in nəzarətində olan ərazilərdən qaçan İraq qaçqınları və suriyalı məcburi köçkünlər

İŞİD-in nəzarətində olan ərazilərdən qaçan İraq qaçqınları və suriyalı məcburi köçkünlər

ABŞ rəsmiləri bazar ertəsi bildirib ki, keçən həftə Mosulun geri alınması əməliyyatının başlamasından sonra İraq qüvvələri 800 kvadrat kilometrdən çox ərazini İŞİD qüvvələrindən azad edib.

Pentaqon sözçüsü, Hərbi Dəniz Donanmasının kapitanı Ceff Deyvis deyib ki, mühüm uğurlardan biri Mosulun mərkəzindən 30 kilometr şərqdə yerləşən Bartalla şəhərinin azad edilməsidir. O, şəhərin hazırda terrorçulardan təmizlənməsi əməliyyatının getdiyini bildirib.

İraq qüvvələri və kürdlərin Peşmərgə döyüşçüləri kiçik şəhərlərdən keçərək Mosulun şimal, şərq və cənub hissələrinə irəliləməklə getdikcə şəhərin mərkəzinə yaxınlaşır.

Mosul ətrafında hərbi əməliyyatlar davam etdirilir

Mosul ətrafında hərbi əməliyyatlar davam etdirilir

ABŞ rəsmiləri şəhərin geri alınması prosesinin tədricən və ehtiyatla aparılacağını bildirib, lakin İraq və kürd qüvvələrinin şəhərə yaxınlaşdıqca döyüşlərin intensivləşəcəyini gözlədiklərini bildirib.

Mosul ətrafında irəliləyişə baxmayaraq İŞİD son bir neçə gün ərzində ölkə boyu bir neçə hücumlar həyata keçirib. ABŞ rəsmiləri bu hücumların diqqəti Mosul əməliyyatından yayındırmaq olduğunu bildirib.

İŞİD bazar günü şimalda Sincar şəhərinə hücum edib. Ekstremist qrup son günlər ölkənin qərbində Rutba və şimalda Kərkük şəhərlərində də hücumlar həyata keçirib.



XS
SM
MD
LG