Accessibility links

BMT-nin Baş katibi israillilər və fələstinliləri döyüşləri dayandırmağa çağırıb


BMT-nin Baş katibi Ban Ki Mun israillilər və fələstinliləri Qəzzada döyüşləri dayandırmağa və on illərdir davam edən münaqişə ilə bağlı danışıqlara başlamağa çağırıb.

Cənab Ban yəhudi dövləti və Qəzzada Həmas yaraqlıları arasında 15 gündür sürən münaqişənin dayandırılması yollarını müzakirə etmək üçün İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. BMT-nin Baş katibi Həmas döyüşçülərinin İsrailə raket atmasını qınayıb, lakin deyib ki, İsrailin Qəzzada hava hücumları uzun müddət üçün ölkənin təhlükəsizliyinin artırılmasına gətirib çıxarmayacaq.

Baş nazir Benyamin Netanyahu İsrailin Həmasın ölkəyə atdığı yüzlərlə raketdən özünü müdafiə etməkdən başqa seçimi olmadığını deyib. O, Həmas yaraqlılarını başqa islamçı ekstremist qruplarla müqayisə edərək, onların əsas şikayətinin İsrailin mövcudluğu ilə bağlı bildirib.

BMT-nin Baş katibi və Baş nazir Netanyahu ilə danışıqların getdiyi zaman İsarilin hərbi təyyarələri Həmas yaraqlıları İsrail ərazisinə raket atdıqca Qəzzada onların mövqelərini bombardman etməyə davam edib. Həmas yaraqlılarının atdığı raketlərdən biri Tel-Əviv hava limanı yaxınlığında düşüb. ABŞ və Avropanın başlıca hava yolları şirkətləri Tel-Əviv hava limanına və oradan uçuşları təxirə salıb.

XS
SM
MD
LG