Accessibility links

BMT İsrail və Fələstinlilərin 2014-cü ildə müharibə cinayətləri törətdiyini ehtimal edir


BMT-nin hesabatına görə, Fələstin yaraqlıları və İsrail ötən il Qəzza müharibəsi zamanı müharibə cinayətləri törətmiş ola bilər.

Hesabat misli görünməmiş dağıntıları və insan əzab çəkməsini pisləyir.

2014-cü il Qəzza münaqişəsi ilə bağlı İstintaq Komissiyası bildirir ki, toplanılan mühüm məlumata görə, hər iki tərəfin müharibə cinayətləri törətmə ehtimalı var.

Bir il davam edən araşdırmadan sonra komissiya İsraildən Qəzza hücumlarında "hədəfli qərarlar"ın müstəqil qiymətləndirilməsinin detallarını təmin etməsini istəmişdi.

Təhqiqatçılar həmçinin Fələstin qrupları tərəfindən insanların "xain" adlandırılaraq edam edilməsini qınayaraq, onların müharibə cinayətləri həyata keçirdiklərini deyib.

Həmas və onun müttəfiqlərinin keçən iyulda başlayan sərhəd bölgələrinə raket hücumlarından sonra İsrailin 50 günlük hava və quru hücümları nəticəsində 220-dən çox Fələstinli həlak olub. İsrail tərəfindən isə 73 nəfər həyatını itirib.

İsrail hesabat prosesinin "siyasi motivli " olduğunu söyləyir. BMT-nin hesabatı yayılmadan əvvəl, İsrail öz hesabatını açıqlayaraq İsrail qüvvələrinin vətəndaşları qəsdən hədəf almadığını deyib.

Həmas sözçüsü Sami Əbu Zuhri İsrailin hesabatını "mənasız" hesab etdiyini deyib. Fələstinlilər İsraili müharibədə vətəndaşlara kifayət qədər xəbərdarlıq etməməkdə, qeyri-bərabər gücdən istifadədə ittiham edillər.

XS
SM
MD
LG