Accessibility links

Kimyəvi silahlara nəzarət üzrə beynəlxalq təşkilat zəhərli kimyəvi maddələrin ilk partiyasının iki obyektdən Latakiya limanına çatdırılmasından sonra Suriyadan çıxarıldığını bildirib.

BMT və Kimyəvi Silahlara Qadağa Təşkilatının birgə missiyasının başçısının bildirdiyinə görə, Danimarka, Norveç və Suriyanın hərbi dəniz konvoyunun müşayiət etdiyi gəmi əlavə kimyəvi maddələrin limana gətirilməsini gözləyərək, bir neçə müddət suda qalacaq. Siqrid Kaaq Çin və Rusiyanın da dənizdə təhlükəsizliyi təmin etdiyini bildirib.

Suriya keçən il avqust ayında sarin qazı hücumundan sonra Rusiyanın təklifi və Birləşmiş Ştatlar tərəfindən hazırlanmış razılığa əsasən kimyəvi silahlarından imtina etməyə razı olmuşdu. Qərb ölkələri kimyəvi hücuma görə Suriya prezidenti Bəşar Əl-Əsədin hərbi qüvvələrini günhalndırır. Rəsmi Dəməşq bu ittihamları rədd edir.
XS
SM
MD
LG