Accessibility links

BMT komitəsi Krımın işğalını pisləyir


BMT-nin komitəsi Rusiyanın Krımı işğal etməsini pisləyən və Ukraynanın suverenliyinin tanınmasının bir daha ifadə edildiyi qətnamə layihəsini təsdiq edib.

Sənəd 73 lehinə, 23 əleyhinə və 76 bitərəf səslə qəbul edilib. Qətnamə layihəsinin gələn ay BMT-nin Baş Assambleyasında təsdiq ediləcəyi gözlənilir.

BMT-nin sənədi Rusiyanı işğalçı qüvvə kimi beynəlxalq öhdəliklərə əməl etməyə, Krım sakinlərinə qarşı bütün sui-istifadə hallarının dərhal aradan qaldırmağa, qeyri-qanuni olaraq həbs edilmiş bütün şəxsləri azad etməyə və insan haqları müşahidəçiəri və fəallarının maneəsiz müşahidə missiyasını yerinə yetirməsinə imkan yaratmağa çağırılır.

Rusiyanın Xarici İşlər naziri Anatoli Viktorov qanun layihəsini rədd edərək, onu birtərəfli və siyasi motiv daşıdığını bildirib.

“Burada Ukrayna rəsmilərinin Krım sakinlərinə qarşı əməllərinin mənfi təsirləri nəzərə alınmayıb”-deyə o bildirib.

ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer
ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer

ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer isə Krımda insan haqlarının pozulması hallarını vurğulayıb.

“Rusiyanın işğalı başlayandan yarımadada insan haqları pozuntuları kəskin artıb. Buraya söz və sərbəst toplaşma, eləcə də din azadlığı daxildir. Təəccüblü deyil ki, universal hüquqlarının pozulduğu görən çoxları Rusiya işğalının əleyhinədir”-deyə Samanta Pauerin bəyanatında qeyd edilir.

Rusiya Krımı 2014-cü ildə Kiyevdə Moksva tərəfdarı prezidentin hakimiyyətdən salınmasından sonra işğal edib. Ukraynanın şərqində Rusiya tərəfdarı separatçılar və hökumət qüvvələri arasında münaqişə nəticəsində 9 min 500-dən çox insan həyatını itirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG